Azərbaycan İdeyası

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində tədbirlərini davam etdirir

Tarix:4-05-2020, 15:57
Baxış Sayı:139

Ölkənin aparıcı QHT-lərindən olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan İctimai Birlik olaraq xeyriyyə aksiyaları keçirir.
Korrupsiya-q.az - ın məlumatına görə, bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun təşəbbüsü ilə Bakıda sosial qayğıya ehtiyacı olan 80-dən çox vətəndaşa müvafiq yardımlar edilib, eyni zamanda onlara İctimai Birliyin fəalları tərəfindən maarifləndirici məlumatlar verilib.
Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən bu məqsədlə indiyədək 800-dən çox ailəyə müavafiq yardımlar göstərilib. Sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də fədakar Azərbaycan həkimlərinə və polislərə minnətdarlıq bildiriblər.
Dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışını kredo seçən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları bu cür xeyriyyə aksiyalarını növbəti həftələrdə də davam etdirəcəklər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO