Azərbaycan İdeyası

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - Əhaliyə vacib XƏBƏRDARLIQ

Tarix:7-05-2020, 16:48
Baxış Sayı:138


Son günlərdə bir neçə dünya ölkəsində, o cümlədən koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada karantin tədbirlərinin yumşaldılmasından dərhal sonra yoluxma hallarında artım qeydə alınıb.Oxşar vəziyyət Azərbaycanda da müşahidə olunur. Mayın 4-dən sonrakı günlərdə yoluxma hallarında yenidən artım müşahidə olunmağa başlayıb.Bu vəziyyət karantin tədbirlərinin pandemiyanın qarşısını almaq üçün nə qədər effektiv vasitə olduğunu göstərməklə yanaşı, yoluxma hallarının artması karantin rejiminin yenidən sərtləşməsi ehtimalını yüksəldir. Artıq Operativ Qərargah da bu barədə açıqlama verib. ÜST isə bir sıra ölkələrdə xəstəliyin yayılmasında yüksəlmə müşahidə olunacağını bildirir.Bəs bizim yerli mütəxəssislər və əlaqədar qurumlarda bu mövzuda düşüncə necədir? Azərbaycanda yoluxma hallarının artması karantin tədbirlərinin sərtləşməsinə səbəb ola bilərmi? Bunun üçün meyar nə ola bilər?
Bununla Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, etiraf etməliyəm ki, son günlərin statistikası məyus edicidir:
"Vətəndaşlarımız hər gün koronavirusa yoluxanların sayının azalması və karantin rejiminin yüngülləşdirilməsi ilə bağlı xoş xəbərləri gözlədiyi halda, əks məlumatlar alması üzücüdür. Bunun əsas səbəbi aprel ayının 27-də karantin rejimi qismən yumşaldıldıqdan sonra, bir çox insanlarda arxayınlıq yaranması və kütləvi şəkildə küçələrə axışmasıdır. İctimai nəqliyatda, ticarət obyektlərində, bankların qarşısında, dayanacaqlarda, sosial məsafə saxlamadan müəyyən olunmuş qaydalara riayət etmirlər. Nəticə göz qabağındadır. Bir gündə 76 nəfərin virusa yoluxması pis haldır. Əgər, belə davam edərsə, mayın 11- də karantin rejimi nəinki yumşaldılar, əksinə daha da sərtləşdirilməsini proqnozlaşdıra bilərik. Aydındır ki, insanlar normal həyat rejiminə qayıtmaq istəyir. Bunu ilk növbədə hökumət də arzulayır. Ancaq bu ilk növbədə vətəndaşlarımızdan karantin rejiminin qaydalarına ciddi riyaət etmək, məsuliyyətli olmaq tələb olunur. Səbrli olaraq, milli birlik nümayiş etdirməklə koronovirusa qalib gəlməli, lüzumsuz risk edərək özümüzü və yaxınlarımızın həyatını təhlükəyə qoymamalıyıq". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO