Azərbaycan İdeyası

"Zaurla Günaydın" verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMA

Tarix:17-08-2020, 14:00
Baxış Sayı:665


ATV-nin efirində yayımlanan “Zaurla Günaydın” verilişinin sosial izolyasiya qaydalarının tətbiqindən əvvəl çəkildiyi ilə bağlı yayılan xəbərlərə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.
Metbuat.az-a özəl müsahibə verən Təvəkkül Dadaşov bildirdi ki, verilişdə qonaqlardan birinin maska taxması o demək deyil ki, veriliş sosial izolyasiya qaydaları tətbiq olunan müddətdə çəkilib.
''Hər birimiz özümüzü bir qədər xəstə hiss edən kimi maska geyinirik. Bu verilişdə iştirakçı olan qonaq da ola bilər ki, çəkiliş müddətdə özünü yaxşı hiss etmədiyi üçün maska geyinərək qorunmaq istəyib.''
Təvəkkül Dadaşov xüsusi ilə vurğuladı ki, ölkədə fəaliyyət göstərən televiziyalar mütəmadi olaraq Covid-19 ilə mübarizədə əhalini məlumatlandıraraq virusdan qorunmaq üçün maarifləndirmə xarakterli verilişləri yayımlayıb, pandemiya ilə mübarizədə köməklik göstərirlər. Milli Televiziya və Radio Şurası koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə fəaliyyət göstərən televiziyaların gördüyü bu işləri yüksək qiymətləndirir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO