Azərbaycan İdeyası

"Qaçaq Nəbi"nin Həcəri hamını ağlatdı -

Tarix:18-12-2015, 15:43
Baxış Sayı:662

"Qaçaq Nəbi"nin Həcəri hamını ağlatdı -


Əməkdar artist Ənvər Həsənov həyat yoldaşı Mömünat xanımın portretini bağrına basıb göz yaşı axıtdı.
"Korrupsiya və Qanun" saytı gecce.az-a istinadən xəbər verir ki, ötən gün "10dan sonra" verilişinin aparıcısı Yusif Ağayev aktyor haqqında təqdim edilən süjetdən sonra onu canlı efirə dəvət etmişdi. Dəvəti qəbul edən Ənvər Həsənov "Qacaq Nəbi"nin Həcəri, "Dərviş Parisi partladır"ın Şərəfnisəsi, həyat yoldaşı Mömünat xanımı xatırladı:
"Yanvarın 13-ü idi. Rayona getməyə qərar verdik. Düşündük ki, köhnə Yeni ili qarlı məkanda qeyd edək. Gördüm ki, Mömünatın həvəsi yoxdur getməyə, dedim, qal. Mən gedib sabah qayıdaram. Razılaşdı. Amma ov tüfəngimi götürdüyümü görəndə, fikrindən yayındı. Həcərliyini büruzə verdi. Rayon yolu çox buzlu idi. Maşın sürüşməyə başladı. Əyləci basdım, maşın fırlandı. Qarşıdakı avtomobilə vurmaq istəmədim, içində uşaqlar var idi. Bizim maşında əyləşən ailə dostumuzun xanımı dedi ki, "Ənvər, qarşıda iki ağac var, gör maşını ora sala bilərsən? Amma maşın ağaca çırpıldı və Mömünatla mən tərəfi tutdu. Dünyasını dəyişdi. Özümdə toxtaxlıq tapıram ki, üç filmə çəkilib. Gələcəkdə nəvə, nəticələrim üçün filmlərimiz yadigar qalacaq".
Verilişin irəliləyən dəqiqələrində Y.Ağayev rəssam Elmir Ağalarovun çəkdiyi Mömünat xanımın portretini Ənvər bəyə təqdim etdi. Bu mənzərə həm Yusif Ağayevi, həm Ənvər bəyi göz yaşına qərq etdi. Portreti öpüb sinəsinə sıxan Ənvər müəllim göz yaşlarını saxlaya bilmədi. Bu mənzərə studiyada hamını ağlatdı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO