Azərbaycan İdeyası

Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Tarix:13-10-2020, 11:13
Baxış Sayı:83

Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Bu barədə Kult.az-a açıqlamasında xalq artistinin özü deyib. O bildirib ki, bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatdan keçib: "Yetmiş yaşım var. Buna baxmayaraq, Vətənim üçün döyüşməyi özümə borc bilirəm. Ona görə də gedib könüllü olaraq qeydiyyatdan keçdim. Axırıncı hadisələrdən sonra xalq arasında güclü birliyin olduğunu gördüm. Bu da məni sevindirir". Xalq artisti koronavirus pandemiyası bitdikdən sonra 70 illik yubileyindən də danışıb: “Pandemiya bitəndən sonra - oktyabr ayında yubileyimin keçirilməsi nəzərdə tutulub. Bu haqda indiyə kimi heç yerə müraciət etməmişəm. Dövlətimiz sağ olsun, bu vaxta qədər ən ali mükafatlarla təltif olunmuşam. Həmişə diqqətdə saxlayıblar". Arif Quliyev Özbəkistandan film təklifi aldığını da bildirib: “Pandemiyanın bitməsini gözləyirik. Özbəkistandakı çəkilişlər koronavirusa görə təxirə düşmüşdü. Həmin filmdə Tariyel Qasımovla birgə çəkiləcəyik. Hələ ki, gözləyirik". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb