Azərbaycan İdeyası

​Amanda Pol: "ATƏT-in Minsk qrupu hazırkı tərkibdə çoxdan mövcuddur və müəyyən qədər köhnəlib" 06 Fevral, 2015 13:28

Tarix:6-02-2015, 13:32
Baxış Sayı:0

Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri tərkibinin dəyişdirilməsi ilə bağlı təşəbbüsü dəstəkləməyəcək, çünki İrəvanı hazırkı həmsədrlər tamamilə qane edir. Bu barədə "Report"a Avropa Siyasəti Mərkəzinin eksperti, publisist Amanda Pol bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması və həmsədr ölkələr qismində bu prosesəTürkiyə və Almaniyanın daxil edilməsi ehtimalı haqqında bəyan edib.
"Ermənistanın bu təşəbbüsü dəstəkləməsi ehtimalı azdır, çünki İrəvanı hazırkı həmsədrlər tamamilə qane edir", - A.Pol qeyd edib.
"Minsk qrupu hazırkı tərkibdə çoxdan mövcuddur və müəyyən qədər köhnəlib", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, qrupun tərkibinə yeni nəfəsin gətirilməsi pis fikir deyil. Ekspert xatırladıb ki, MQ həmsədrlərinin tərkibinin dəyişdirilməsi məsələsi Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri və kansler Anqela Merkel ilə görüşündən sonra qaldırılıb. Həmin görüşdə kansler açıq şəkildə bildirib ki, "Almaniya həmin problemin həllində kömək edə bilər".
"Bundan başqa, Almaniyanın xarici siyasətinin son icmalı zamanı bu ölkəyə münaqişələrin həllində daha aktiv iştirak etmək tövsiyə olunub. Almaniya bu gün Avropa İttifaqının ən güclü üzv dövlətidir, bu səbəbdən Berlin buna hazır olarsa, düşünürəm ki, müsbət nəticə əldə oluna bilər", - A.Pol söyləyib.
Ekspert bildirib ki, Aİ Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdə münaqişələrin həllində daha fəal rol oynamalıdır, çünki münaqişələr regional sabitlik və təhlükəsizliyin təmin olunması yolunda özünəməxsus əngəl ola bilər.
Türkiyənin ATƏT-in Minsk qrupu həmsədri kimi bu qurumun tərkibinə daxil edilməsi ehtimalı haqqında məsələyə toxunan ekspert xatırladıb ki, Azərbaycan Ankaranı artıq ATƏT-in MQ həmsədri qismində təklif edib, lakin Türkiyənin münaqişəyə aid münasibətini nəzərə alaraq, onun mövqeyinin qərəzsiz olmadığı qənaətinə gəlmək olar, bu da onun MQ həmsədri olmağını çətinləşdirir".
"İrəvan Türkiyənin mövqeyini qərəzli hesab edir, buna görə də, Türkiyənin danışıqlar masasında yer almaq şansı çox azdır", - A.Pol bildirib.
O, həmçinin qeyd edib ki, qrupun tərkibini dəyişdirmək üçün qalan 2 həmsədrin razılığı tələb olunur, bu da öz növbəsində çox çətin məsələdir.
"Hadisələrin inkişafının 2 ssenarisi mövcuddur: ya hazırkı tərkibin digər ölkələrin daxil edilməsi ilə genişləndirilməsi, ya da üç həmsədrin danışıqlar masasını tərk etməsidir. Ehtimal etmək olar ki, bu Fransa və ABŞ olacaq, çünki Rusiyanın bu prosesdən kənarlaşdırılması üçün heç bir şans yoxdur, baxmayaraq ki, Rusiya özünü münaqişələri həll edən deyil, onları yaradan ölkə kimi göstərib", - publisist qeyd edib və bildirib ki, Fransa getməsinə etiraz etməyəcək.

OXŞAR XƏBƏRLƏR
Josh 30 iyul 2023 12:39
  Жалоба     
Nice weblog here! Also your web site loads up fast! What host are you using?
Can I get your associate link on your host? I wish
my website loaded up as quickly as yours lol

Here is my page check that
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı