Azərbaycan İdeyası

Deputat İlhamə Quliyevadan Baş prokurora şikayət etdi

Tarix:4-02-2016, 17:04
Baxış Sayı:569

Deputat İlhamə Quliyevadan Baş prokurora şikayət etdi




Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın son günlərdəki davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bu barədə deputat açıqlamasında bildirib:
Çingiz Qənizadə İlhamə Quliyevanın keçmiş köməkçisi, hal-hazırda Bakı İstintaq təcridxanasında həbsdə olan Mehriban Hüseynovanın mətbuata göndərdiyi məktuba münasibət bildirib :
“Bir hüquqşünas kimi demək istəyirəm ki, Mehriban Hüseynovanın videoda İlhamə Quliyeva tərəfindən vaxtı ilə diz çökdürülərək, onun şəxsiyyətinin, ləyaqətinin alçaldılması, təhqir edilməsi qatı cinayət faktıdır. Bu videogörüntü birbaşa olaraq cinayət məsuliyyəti yaradır. Hadisə özlüyündə Azərbaycan Respublikasının qanunvericiliyi ilə cinayət məsuliyyəti anlayışına əsaslanır. Təbii ki, belə olan halda hər bir şəxs cinayət məsuliyyəti daşımalıdır.
Çox təəssüf ki, bu videogörüntülərindən sonra siz mətbuatda, bizlər də yerlərimizdə susduq. Nəticədə bir şəhid bacısı kifayət qədər əsaslar olmadan həbs edilib və bu gün günahsız yerə əzab çəkir. Bu gün bir ailəli xanım, ana, şəhid bacısı heç bir günahı olmadan həbsdədi . Axı nəyə görə?..”.
Çingiz Qənizadə deyib ki, Mehriban Hüseynova İlhamə Quliyevanın oğlunun dostu olan şəxs tərəfindən əsasız şəkildə verilən ifadə əsasında həbs edilib:
“İlhamə Quliyevanın keçmişi və bu günü qaranlıq olan oğlunun Vüqar adlı dostunun bir ifadəsi ilə Mehriban Hüseynova tutulub. Bu yolverilməzdir. Bu gün biz elə bir ölkədə yaşayırıq ki, hər bir məsələyə kifayət qədər ciddi və hüquqi qiymət verilməlidir. Heç kimin xüsusi bir statusu yoxdur ki, başqaları üzərində ağalıq, fironluq eləsin. Cənab prezident sonuncu müşavirədə də söylədi ki, heç kim toxunulmaz deyil, heç kimin toxunulmazlıq statusu yoxdur. Bu sözlər elə həm də İlhamə Quliyevaya aiddir”.
Deputat bildirib ki, cəmiyyət, mətbuat, televiziya İlhamə Quliyevanın hədələrindən, onun davranışından, başqalarınə təhdid etməsindən bezib.

"Bu o həddə çatıb ki, cəmiyyətin müxtəlif təbəqələri artıq etiraz səslərini ucaldırlar. İlhamə Quliyeva bu gün nə üçün himayə olunur? Bu insana “gözün üstündə qaşın var!”, "sakit ol yerində, otur!", "artıq bəsdir!" deyəcək kimsə yoxdur. Onun arxasında duran, onu himayə edən gözəgörünməz böyük qüvvələr də İlhamə Quliyevaya heç nə demir.
Bu adam gah prezidentin, gah şəhərin polis rəisinin, gah da müxtəlif yüksək vəzifəli şəxslərin adından danışır. Deyir ki, "mən onlarla dostluq edirəm. Kimsə mənə nəsə desə, götürüb zəng edərəm, başına oyun açdıraram".
Mehriban Hüseynovanın mətbuata açıqladığı faktlar İlhamə Quliyevanın haqqında hüquqi ölçü götürülməsinə ciddi əsaslar verir. Bunlar mütləq araşdırılmalıdır.
Bu məsələ ilə bağlı mən bu gün hörmətli Baş prokuror Zakir Qaralova müraciət edəcəm. Mehriban Hüseynovanın da müraciətinin öz müraciətimə əlavə edəcəm. Cənab Baş prokurordan xahiş edəcəm ki, bu məsələni şəxsi nəzarətinə götürsün.
Müraciətimdə söyləyəcəm ki, əgər hüquq və qanun imkan verirsə, Mehriban Hüseynova haqqında olan həbs qəti imkan tədbiri istintaqın sonuna qədər dəyişdirilsin, azadlığa buraxılsın. Çünki Mehriban Hüseynova şəhid bacısıdır, ailəlidir, uşaq anasıdır.
Buna görə də bir nəfərin ifadəsi ilə bir qadının tələm-tələsik həbs edilməsi yolverilməzdir.
Mən inanıram ki, hörmətli Baş prokurorumuz Zakir müəllim bu işi şəxsi nəzarətinə götürməklə həm Mehriban Hüseynovanın məktubda qeyd etdiyi məsələyə hüquqi qiymət verilməsinə göstəriş verəcək, həm də onun haqqında olan həbs qəti imkan tədbirinin dəyişdirilməsinə baxacaq.
Mən şəxsən bir millət vəkili kimi həm sizin mətbuat vasitəsilə, həm də şəxsi məktubum vasitəsilə cənab Baş prokurordan xahiş edirəm ki, Mehriban Hüseynova haqqındakı həbs qəti imkan tədbiri dəyişdirilsin və onun məktubunda göstərdiyi faktlar ciddi şəkildə araşdırılsın.
Əgər gələcəkdə Mehriban Hüseynovanın əməllərində cinayət tərkibi olarsa, o zaman qanun qarşısında cavab versin.

İlhamə Quliyevanın dişində artıq şirə qalıb. O, Nazpəri Dostəliyevanın heç bir qanun pozuntusu olmadan ifadə etdiyi fikirlərə görə hansısa vasitələrlə məhkəmədə cərimələdib 25 min manat pul aldı. İlhamə Quliyeva deyirdi ki, güya o vaxt aldığı bu 25 min manatı uşaq evinə göndərəcək. Amma onun çıxışlarından görünür ki, elə İlhamə Quliyeva bu yolun yolçusudur. Onun insanları haqsız yerə, heç bir əsas olmadan məhkəməyə verib onlardan pul qopartmaq istəyi var.
Artıq görünür ki, İlhamə Quliyeva başqa sənətçilərimizi və digər sahədə olan insanlarımızı da bu yollarla qorxudub, onlardan pul alıb yerdə qalan ömrünü bu cür yaşamaq istəyir.
Hələ indiyə qədər Azərbaycan məhkəmə praktikasında Nazpəri Dostəliyevaya qarşı qəbul edilən hökm kimi ədalətsiz bir hökm olmamışdı. Çünki hələ kiminsə o qədər külli miqdarda cərimələnməsi baş verməmişdi.
İlhamə Quliyeva son illərdə mətbuatda etdiyi çıxışlara görə, insanlara qarşı təhqir, təhdid, şantaj dolu hərəkətlərinə görə mütləq cavab verilməlidir.
Mən hüquqşünas Aslan İsmayılovun da İlhamə Quliyeva haqqında səsləndirdiyi fikirlərinə tam şərikəm. Məndən öncə də millət vəkillərimiz Jalə Əliyevada, Nizami Cəfərov bu barədə fikirlər bildiriblər.
Belə hesab edirəm ki, xalq artisti adını daşıyan insanlar cəmiyyət qarşısında açıq-saçıq, tərbiyəsiz, təhqiramiz ifadələrlə davamlı şəkildə nümayiş olunurlarsa, bu, artıq cəmiyyətə, dövlətə, xalqa qarşı olan ən böyük hörmətsizlikdir.
Onlara verilən titullar, adlar məsələsinə mütləq baxılmalıdır. Buna görə mən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin "biz bu işlərə qarışmırıq" fikri ilə qəti şəkildə razı deyiləm. Onlar bu işlərə qarışmalıdırlar. Çünki onlar "xalq artisti" adını hansısa təqdimatlar əsasında həmin layiq olmayan insanlara veriblər. Buna görə də bu təqdimatları verən vəzifəli şəxslər həmin insanların hərəkətlərinə də qiymət verməlidirlər”.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı