Azərbaycan İdeyası

Azərbaycan XİN sözçüsü BDU-da tələbə-jurnalistlərə mühazirə oxuyub 05 Fevral, 2015 17:27

Tarix:6-02-2015, 15:20
Baxış Sayı:0

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin qonağı olub. Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyevin qısa təqdimatından məlum olub ki, Hikmət Hacıyev BDU-nun beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Eyni zamanda, o, NATO Müdafiə Akademiyasının və Belçikanın ULB Universitetinin və Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə C.Marşal Mərkəzinin məzunudur. O, 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışır, müxtəlif illərdə Azərbaycanın NATO nümayəndəliyində, Belçika, Küveyt və Misirdəki səfirliklərində çalışıb. Tələbələrlə ünsiyyətdə olmaqdan məmnunluğunu və bu baxımdan görüşə həvəslə qatıldığını bildirən Hikmət Hacıyev Azərbayan və Qərb jurnalistikasından, ənənəvi və yeni medianın üstünlükləri və fərqliliklərindən danışaraq, əsas ağırlığı diplomatiya və jurnalistikanın üzərinə yönəldib.
Diplomatiya və jurnalistikadan söz açan mətbuat xidməti rəhbəri qeyd edib ki, bunların hər ikisinin əsas məqsədi informasiyadır: "Bəzən isə sadəcə informasiyaya malik olmaq yetərli deyil, həmin informasiyanı təhlil etmək bacarığına malik analitiklər lazımdır".
Jurnalistlərin daha sərbəst olmasına diqqət çəkən XİN sözçüsü bildirib ki, onlar aldığı informasiyanı emal edir, diplomat isə özündə saxlayır. Diplomatların jurnalistlərdən öyrəndiyini deyən Hikmət Hacıyevin sözlərinə görə, diplomatik korpus işçilərinin işi informasiya almaq, məlumat toplamaqdır.
Hikmət Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət və iş prinsiplərindən, sosial şəbəkələrdəki fəaliyyətindən danışıb.
Görüş müddətində telefon vasitəsilə yerli və xarici jurnalistlərin suallarını cavablandırması, peşəkar və diplomatik cavabları da diqqətdən yayınmayıb. Tələbə-jurnalistlərin çoxsaylı suallarını cavablandıran Hikmət Hacıyev "Siz özünüzü auditoriyada, yoxsa mətbuat konfransında hiss etdiniz" sualını bəyənib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb