Azərbaycan İdeyası

Zərdüştilərdən qorxunc adət - Ölülərini quşlara yem edirmişlər

Tarix:15-06-2016, 18:37
Baxış Sayı:492

Zərdüştilərdən qorxunc adət - Ölülərini quşlara yem edirmişlər
İranın 30 əyalətindən biri olan Yezddə zərdüştilər yaşayır.

Bu əyalətdə çox qədim tarixə malik Səssizlik qülləsi ölkəyə gələn turstlərin marağına səbəb olur. Zərdüşt inancına görə torpaq və hava müqəddəsdir, insan onu kirlətməməlidir. Bu səbəbdən də Zərdüştilər 2500 il ərzində ölülərini torpağa basdırmaqdan və ya yandırmaqdan imtina ediblər.

Zərdüşt inancına görə, ölən insanın bədəninə şeytan daxil olur. Bədənin şeytandan azad olunması üçün onu quşlara yem edirdilər.

Onlar ölənlər üçün Səssizlik qüllələri adı verilən (başqa bir adı Dakme) xüsusi bir qala inşa etmişdilər. 3 mərtəbəli qalanın ən üst mərtəbəsində kişilərin, orta mərtəbədə qadınların, ən alt mərtəbədə isə uşaqların cəsədləri yerləşdirilirdi. Qülləyə hər insan daxil ola bilməzdi. Bunun üçün "nasel" adlanan xüsusi xidmətçilər ölənlərin nəşini qalaya gətirir, ətrafdakı qartallara yem olaraq qoyub gedirdilər. Qalada toplanıb qalan sümüklər isə ayrıca bir otağa yığılır, toz halına gəldikdən sonra dənizə və ya suya buraxılırdı.

Ölənin ruhunun yaxşı və ya pis olmasını anlamaq üçün qartalın onun ilk olaraq hansı gözünü didməsini izləyirdilər. Qartal birinci sağ gözü yeyirdisə, ölənin ruhu yaxşı, sol gözünü yeyirdisə, yaman olaraq qiymətləndirilirdi.

Bu adət 1960-cı illərə qədər İranda qalmaqda idi. Ölkədə bu adətə qadağa qoyulduqdan sonra atəşpərəstlər torpağa təmas etməsin deyə ölənlərini beton məzarlarda dəfn etməyə başladılar. Səssislik qüllələri isə hələ də 2500 illik bir inancın yadigarı kimi yaşamaqdadır.

Eyni adət Tibet dağlarında yaşayan insanlar arasında da mövcuddur. Lakin burada məsələ torpağı və ya havanı müqəddəs hesab eləməklə əlaqədar deyil. Himalay dağlarında daşlar içərisində məzar qazmaq mümkün olmadığına görə, onlar ölülərini parçalayaraq qartalların önünə atırlar.(olke.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO