Azərbaycan İdeyası

Tbilisidə erməniləri dağıtdığı tarixi abidələr barədə danışıldı - FOTOLAR

Tarix:17-06-2016, 19:12
Baxış Sayı:652

Tbilisidə erməniləri dağıtdığı tarixi abidələr barədə danışıldı - FOTOLAR
Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir.

Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Gürcustan Azərbaycan Milli Konqresıinin rəhbəri Əli Babayevin təşəbbüsü ilə 16-17 iyun tarixlərində Tbilisidə tədbir keçirib. Tədbir Qafqaz Beynəlxalq Universitetinin konfrans zalında baş tutub. Proqram çərçivəsində Azərbaycan və Gürcüstanın işğal altında olan ərazilərindəki tarixi abidələr barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb. Tədbirin sonunda əməkdaşlıq edən təşkilatlar işğal altında olan abidələrlə bağlı UNESKO-ya ünvanlanmış bəyanat qəbul ediblər.

Konfransada Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itkin və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü, milli dəyərlərin təbliği üzrə araşdırmaçı-ekspert, ,professor Faiq İsmayilov, Gürcustan Azərbaycan Milli Konqresıinin rəhbəri Əli Babayev “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova və İnnovativ İdeyalar İnsitutunun direktoru, tarixçi-ekspert Ramil Süleymanov mövzu haqında qonaqlara ətraflı məlumat veriblər. Konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi haqında video-çarx nümayiş olunub. Gürcüstan tarixiçisi Ketevan Şoşiyaşvili bu ölkənin işğal altında olan tarixi abidələrilə bağlı dolğun məlumat verib.
Konfransda Gürcüstanın dövlət qurumlarının nümayəndələri, QHT əməkdaşları, ekspert və tarixçilər, səfirliyin nümayəndələri iştirak ediblər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb