Azərbaycan İdeyası

Rusiyadan gələn azərbaycanlıda 1130 qutu siqaret aşkar edildi

Tarix:5-03-2015, 15:19
Baxış Sayı:616

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Novruz Məhərrəmova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çamadanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaret aşkar olunub. Faktla bağlı izahatında Novruz Məhərrəmov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasından aldığını və dost-tanış üçün hədiyyə məqsədilə gətirdiyini qeyri-səmimi şəkildə bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO