Azərbaycan İdeyası

Korrupsiya və Qanun

Tarix:20-10-2015, 14:44
Baxış Sayı:735

]BÜTÜN JURNALİSTLƏRƏ VƏ KİV HAQQINDA AR QANUNUNA QARŞI ÇIXAN HAKİM
İLHAM KƏRİMLİ LATIN KƏLAMLARINA DAHA HÖRMƏTLƏ YANAŞIR, NƏİNKİ AZƏRBAYCAN QANUNLARINA


Qəzetimizin əməkdaşı İsmayılaova Failə Abbas qızı öz vəzifə borcunu, peşə fəaliyyətini yerinə yetirərkən, 2015-ci il may ayında Abşeron rayonu, 1 saylı Saray qəsəbə orta məktəbində olmuş, qəzetdə hazırlayacağı məqalə üçün informasiya toplamaq məqsədilə həmin məktəbdə şagirdlərin sağlamlığının qorunması, onun necə təşkil olunduğunu öyrənnmək üçün şərait yaradılmasını məktəb rəhbərliyindən xahiş etmişdir. Həm də təhsili həkim olan F. İbrahimovaya da məktəbin direktoru şərait yaratmamış, məktəbdəki vəziyyətlə bağlı tanış olmağa imkan yaratmamışdır. İbrahimova fəaliyyətinin Abşeron rayon Təhsil Şöbəsi ilə razılaşdırıldığını xatırlatsa da, buna məhəl qoyan olmamışdı. Bununla da 1 saylı məktəbin direktoru AR Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Bu kimi maneələrlə Novxanı rayon 1 saylı orta məktəbin ddirektoru Mirzəyeva Tahirə Həşim qızına və Saray qəsəbəsi 1 saylı orta məktəbin direktoru Bayramov Asif Əhəd oğluna qarşı vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə F.İbrahimovanın dəlillərini yetərli saymayaraq, iddiasını əsassız hesab etmişdir.
F.İbrahimova Abşeran rayon məhkəməsinin 14.10.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi barədə Sumqayıt şəhəri Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət vermişdir. Şikayətdə qeyd olunub ki, Saray, 1 saylı orta məktəbin direktoru iki dəfə məhkəmə iclasında işrirak etmədiyi halda hakim İlham Kərimli günahlandırılan şəxsin iştirakını təmin etmədən hansısa marqlara görə məsuliyyətdən yayındırmışdır. İkinci direktorun isə hərəkətlərini dəstəkləyərək, açıq-aşkar müxbrimizə qarşı qərəzli mövqeyini ortaya qoymuşdur. Müxbirimiz bunu hakimin bütün jurnalistlərə və KİV haqqında AR Qanununa qarşı çıxması kimi dəyərləndirir və onun hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyinin altını cızır.
Maraqlı bi nüansa diqqət yetirməyə dəyər: Abşeron məhkəməsi novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq, “affirmanti, non neganti, incumbit protatito” sübut etmək yükü təkziib edənin deyil, iddia edənin üzərinə düşür.) prinsipini rəhbər tutduğunu xatırlamışdır. Lakin nəzərə alaq ki, Novxanı məktəbinin rəhbəri T.Mirzəyeva məhkəmədə iştirak etməsəydi və həqiqətən müxbirimizi tanıdığını etiraf etməsəydi F.İbrahimova həmin Təhsil Müəssisəsinə getdiyni də sübut edə bilməzmiş. Bu fakt bir daha təsdiqləyir ki, Asif Bayramovun məhkəmədə iştirakının təmin olunması vacib idi. Belə çıxır ki, Abşeron məhkəməsinin hakimi İlham Kərimli latın kəlamlarına daha hörmətlə yanaşır. Nəinki Azərbaycan qanunlarına.

F. Abbasqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO