Azərbaycan İdeyası

Səttar Zərdabini xatırlayarkən...

Tarix:26-05-2017, 13:45
Baxış Sayı:603

 Səttar Zərdabini xatırlayarkən...


Görkəmli ziyalı, sevilən şair, “Güzgü” satira – yumor qəzetinin qurucusu, mərhum jurnalist Səttar Zərdabinin (Babayev Səttar Mahmud oğlunun) anadan olmasının 80-cı ildönümüdür. Mirzə Ələkbər Sabir yolunun müsafiri Həsən bəy Zərdabi irsinin davamçısı və yorulmaz tədqiqatçısı tanınan Səttar müəllimin qələmi dövrünün eybəcərliklərini, cəmiyyətin naisliklərini satira dili ənqid atəşinə tutmuş,gerçəkləri ortaya qoymaqdan çəkiməmişdi. Saf əqidəli, sağlam düşüncəli qələm adamlarından ibarət kollektiv formlışdıran Səttar Zərdabinin “Güzgü” dərgisindən bircə cizgi də kənar ola bilməzdi. Bu güzgüyə baxanlar düzü-düz, əyrini əyri görürdülər. Qələmini satmayanların qəzeti olan “Güzgü”nün heç vaxy bəndələr aasından sponsoru olmaqmışdır. Hələ sağkən Allah rəhmətini qazanmış Səttar müəllimin öz təbirincə desək, “Güzgü”nün sponsoru “Gözə görünməz O Kişi, O Böyük Allah” idi. bu dərginin timsalında mətbu gütləvi informasiya vasitələrinin həqiqətən də cəmiyyətin güzgüsü olması deyimi özünü doğrultmuşdur.
“Güzgü”nün cəmiyyətdəki ədalətsizliklərə qarşı kəskin mövqeyi, səgifələrində yer alan satirik şeirlər, felyetonlar, yumorlar, karekaturalar qəzetin mübarizə tuhu ona geniş oxucu auditoriyası qazandırsa da, bəzi müftəxorların, onlarasatılmış qələmlərin xoşuna gəlmirdi.
Səttar Zərdabi qələmi ilə dövlətə, dövlətçiliyə xidmıt etmiş, Ümummilli Lider Heydər Əliyev siyasətini, Azərbaycançılıq ideyasını daim dəstəkləmiş, AzərbaycanReespublikasının Prezidenti cənab İlham Əliyevin səx birləşməyin tərəfdarı olmuşdur. H.Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin yarasıcısı olan Səttar müəllim Ulu Öndər Heydər Əliyevin uğurla araşdıraraq, oxuculara təqdim etmişdir.
Səttar müəlli mənalı həyt sürdü,ömrünün sonunaqədər yorulmadan çalışdı və əqidəsinə sadiq qaldı. Onun qələmimin məhsulları heçvaxt təravətini itirməyəcək və bütün dövürlər üçün aktual olacaq. Bu Böyük ziyalının yaradıcılığının bəzi nümunələrini onun adını uca tutan, şərəfini daşıyan övladları Sahil və Səmadan alıb oxuculara təqdim edirik:

Əliyeva Xuraman Əhliman qızı

Kişi ol Qarakişi

(Acı yumor)


Ağakişyə xəbər gəldi ki, atan ağır xəstədir, səni arzulayır. Yaman əsəbləşdi Ağakişi. Başladı dədəsinin qarasına danşmağa:
- Pah atonnan, mən bu kişini başa sala bilmədim ki, bilmədim. Bir neçə dəfə məktub yazıb təlimatlandırmışam ki, a kişi, nə qədər sən idmanla məşqul olmayacaqsan, azar-bezar yaxandan əl çəkməyəcək. Nə xeyri!
Ağakişi xeyli deyinəndən sonra qələm-kağız götürüb yenə də məktub yazdı dədəsinə. Qarakişiyə yazdığı uzun-uzadı məktubun quyruğunu belə düyünlədi, ətəyini belə bükdü: “Dədə, axırıncı sözüm sənə budur ki, mütəmadi olaraq, idmanla məşqul ol, yoxsa əzrail yaxandan əl çəkməyəcək. vəssalam, şüt-təmam. Imza: oğlun əməkdar sirk təlimçisi: Ağakişi Xanoğlanoviç Məhərrəmov.”
Bu söhbətdən təxminən yarım ilə vaxt keçərdi. Bir gün işdən günorta naharına gələndə atasını evlərində gördü Ağakişi.
Öpüşüb-görüşəndən sonra, hal-əhval tutandan sonra Ağakşi dədəsinin kefini, əhvalını soruşdu. Məhərrəm kişi:
- Şükür Allaha, babat dolanıram. Son günlər, gözlərim sözümə baxmır. Elə buna görə də gəlmişəm, dedim, vaxt tapa bilsəydin, həkimə aparardın məni.
Ağakişi əsəbləşdiyini büruzə verməyərək:
- Aydındır, demək, yenə də mənim dediyimə əməl etmirsən, ay dədə. Mən deyirəm ki, mütəmadi olaraq idman lazımdır. Bilmirəm bu idmanla niyə sizin aranıza qurd yağı sürtüblər? Ay dədə, Vallah sizi bədbəxtçilik tutubdur. Gündə ikicə dəfə dörd-beş kilometr qaçmağa nə var axı? Bunu dəfələrlə demişəm, ay dədə, qoy bir də deyim: insan qaçanda elə bil canında olan azr-bezarı da qovur. Bunu başa dümək lazımdır ay dədə. Bizim rayondan şəhərə cəmi 100 kilometr yoxdur. Sən gərək bu yolu qaça-qaça gələydin. Onda görərdin, idman nə deməkdir. Sənin üçün bir dəst idman geyimi almışam – şort, ket, mayka.
Məhərrəm kişi elə bil oğlunun üzünə baxmaqdan ehtiyat etdi. Bina görə də nəzərini döşəməyə zilləyərək:
- Ay oğul, - dedi, bizim tərəflərdəki meşələrdə mənim yaşda az ağac tapılar. Sinimin doxsanını çoxdan keçirmişəm. Ömrümün heç olmasa 80 ilini əkim-biçinlə, mal-qara arxasında, təsərrüfatla keçirmişəm. Əllərimi qabar etmişəm ki, ürəyim qubar etməsin. Elə indi də beş dəqiqə vaxtım olmur. Bir də ki, a bala, durum bu yaşda şort geyim, ket geyim, camaat içində saqqalım ayağıma dolaşa-dolaşa qaçım ki, nə var-nə var, oğlum mənə deyib idman elə? Soruşan da olsa, bu nədir? – Deyim əzraili qovuram?
Söhbətin uzanacağını hiss edən Ağakişi saatına baxıb, ayağa qalxdı və yarızarafat, yarıciddi dedi:
- Dədə, hazırlaş səni axşam sirkə aparacağam. Məhərrəm kişi etirazını bildirmək istədi, Ağakişi imkan vetmədi:
- Əvvəla, uzaq deyil, evimizlə üzbəüzdür sirk. Sonra da səni sirkə aparmaqda məqsədim var. Bu gün təzə öyrətdiyim heyvanlarla çıxış edəcəyəm...
Onu deyim ki, Ağakişinin bu axşamkı çıxışı çox gözəl qarşılandı. Bir neçə ayı ilə Ağakişinin bir neçə ayı ilə çıxartmadığı oyun qalmadı. Tez-tez də Ağakişi lojada oturan dədəsinə baxıb şövqlə gəlirdi.
Tamaşa qurtarandan sonra Ağakişi dədəsini öz otağına apardı. Və bir neçə yoldaşı ilə də dədəsini tanış etdi Ağakişi. Məhərrəm kişi etməyib tənbəllik ayıların fəaliyyətindən razı qaldığını bildirdi.
Ağakişi bir gözü yoldaşlarında:
- Hə, onları öyrədən oğul var, - dedi. Məsələ burasındadır ki, mən ayını başa sala bilirəm, səni yox ay dədə.
Məhərrəm kişinin başına elə bil qaynar su tökdülər, əli saqqalında qaldı.
Ağakişi gördü fikrini çox pis ifadə edib, ancaq gec idi...
Məhərrəm kişi:
- Kişi ol, Ağakişi! – deyib ayağa qalxdı.
Ağakişi:
- Hara ay dədə, dayan, bir yerdə gedərik!
Məhərrəm kişi səndələyə-səndələyə çıxdı qapıdan...
Ağakişi atasının dalınca tez getdi. Yeganə çıxış yolu bu idi ki, desin ay dədə, o qədər başqa dildə danışmışam, öz dilimizdə fikrimi ifadə edəndə çox yöndəmsiz çıxır. Amma gəlib dədəsini evdə görmədi... Deyəsən Məhərrəm kişi oğlunun məsləhətinə əməl edib, gecənin bu vaxtında kəndə piyada getmişdi.
Ağakişi neçə müddət işləyə bilmədi. Hər dəfə sevimli ayılarına yaxınlaşanda dədəsinin səsini eşidirdi:
Kişi ol, Ağakişi!

Səttar Zərdabi [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb