Azərbaycan İdeyası

“MTN-lə qanunsuz əməkdaşlıq edən jurnalistlər cəzalandırılmalıdır”

Tarix:17-07-2017, 16:55
Baxış Sayı:379

 “MTN-lə qanunsuz əməkdaşlıq edən jurnalistlər cəzalandırılmalıdır”

Asif Mərzili: “Jurnalist jurnalist fəaliyyəti ilə məşğul olmalıdır”
“MTN işi” meydana çıxan ilk gündən müzakirəyə çıxarılan məsələlərdən biri də bu qurumla qanunsuz əməkdaşlıq edən jurnalistlərin de-şifrə edilməsi və cəzalandırılması məsələsi idi. Maraqlıdır, bu günə qədər məlum istiqamətdə aparılan işlər qənaətbəxş hesab edilə bilərmi? Bu jurnalistlərin sona qədər aşkarlanması və cəzalandırılması təmin edilməlidirmi?
Moderator.az -a açıqlama verən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bunun vacib olduğunu vurğuladı:
“Mətbuat dövlət qurumları üçün informasiya mənbəyidir. Mətbuatın verdiyi məlumatlar həm milli təhlükəsizlik, həm də digər baxımdan dövlətin xidmətinə yönəlmiş bir məsələdir. Mətbuat hər hansı bir məlumatı ictimaiyyiləşdirir, bundan isə dövlət qurumları, eləcə də MTN istifadə edir. Bu, bütün dünyada qəbul edilmiş bir məsələdir. Lakin MTN-lə qanunsuz əməkdaşlıq edən jurnalistlərlə bağlı təbii ki, qanuni cəza tətbiq edilməlidir.
Bildiyiniz kimi, bir müddət əvvəl DTX tərəfindən xüsusi əməliyyatlar keçirildi və E.Mahmudovun vaxtında həmin strtukturda çalışan MTN əməkdaşlarına xidmət göstərmiş, onlaırn qanunsuz fəaliyyətinə dəstək vermiş media orqanlarına qarşı əməliyyatlar keçirildi. “Gündəlik Bakı” qəzeti, “Bizim dövr” qəzetinin əməkdaşları ilə bağlı bu cür əməliyyatlar reallaşdı. Bu günlərdə isə rüşvət alan bir saytın 4 əməkdaşı həbs edildi. Mən həmin saytı internetdə axtaran zaman isə həmin saytın təmirdə olduğu ilə bağlı elana rast gəldim. Sanki idarə təmirdədir... Əgər bir sayt təmirdədirsə, o, necə araşdırma apara bilər?
Bu kimi faktlar göstərir ki, məlum qəbildən olan media orqanları ilə bağlı bu cür əməliyyatların keçirilməsi zəruridir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO