Azərbaycan İdeyası

"6 nəfəri bir gündə dəfn etdim..." - Aparıcı üsyan etdi FOTO

Tarix:8-08-2017, 11:53
Baxış Sayı:442

 "6 nəfəri bir gündə dəfn etdim..." - Aparıcı üsyan etdi FOTO


Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur...
Korrupsiya və Qanun saytı Az teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri "Space" telekanalının məşhur aparıcısı Zamirə Dadaşova son günlər yol-nəqliyyat hadisəsi zamanı günahsız insanların həlak olmasına diqqət çəkərək ağır yol qəzası nəticəsində bir gündə ailəsinin 6 üzvünü itirməsi barədə sosial şəbəkədə paylaşıb.
Zamirə Dadaşova 13 il öncə, avqustun 7-də aldığı acı xəbərlə həyatının alt-üst olduğunu vurğulayıb:
"Allah qoysa, iki ay sonra oğlumun 13 yaşı olacaq. Zaman heç nəyi həll etmir. Çox darıxıram. Heç kimə hiss etdirməsəm də, gülsəm də, danışsam da, əylənsəm də içim özümü, çölüm özgəni yandırır.
İnsan məhv olur, içi göynəyir, ürəyi parçalanır, nəfəsi çatmır, boğulur. Hər gün əylənib, dostlar ətrafında olub içərəm ki, heç nəyi düşünməyim. Bu durumda ya dəli olmalısan, ya sərxoş... Ya da ölmək lazımdır. Heç biri də olmur ki, rahatlayasan. Çox pisəm, çox... Hər dəfə məzarlıqdan ölüb qayıdıram.
Niyə bunları yaşamalıyam?! Hansısa qudurğanın kefinin, avara həyatının qurbanı mən oldum. Yenə deyirəm, hadisəni hamı törədə bilər. O zaman bağışlayarsan da. Amma qudurğanları bağışlamaq yox, ağır cəzalandırmaq lazımdır. Harınlamışlar kef, avaralıq edir, düz yolunu gedən bizim kimi insanların ailəsi isə məhv olur".


 "6 nəfəri bir gündə dəfn etdim..." - Aparıcı üsyan etdi FOTO

 "6 nəfəri bir gündə dəfn etdim..." - Aparıcı üsyan etdi FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı