Azərbaycan İdeyası

MTRŞ sədri: Axşam 11:00-a qədər bu, qadağandır

Tarix:8-09-2017, 10:06
Baxış Sayı:8 117

MTRŞ sədri: Axşam 11:00-a qədər bu, qadağandır

Azərbaycanda televiziya kanallarında alkoqollu içkilərin reklam saatlarına ciddi nəzarət olunur. Axşam saat 11-ə qədər birmənalı şəkildə heç bir televiziya kanalı alkoqollu içkilərin reklamını verə bilməz.
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, bu sahədə hər hansı problem yoxdur.
Televiziyalarda reklamın müddəti məsələsinə gəlincə N.Məhərrəmli bildirib ki, bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli irəliləyiş var: "Əvvəllər bu problem daha çox idi, biz uzun müddət mübarizə apararaq problemi aradan qaldırmışıq. Bəzən bir saatda 20-25 dəqiqə reklam olurdu. İndi bu interval 12-15 dəqiqədir. Ancaq bu sahədə televiziya kanalları qanunu müəyyən qədər pozurlar və biz onlarla iş aparırıq".
MTRŞ sədri bildirib ki, televiziya kanallarında başqa sahələrdə ciddi qanun pozuntuları yoxdur: "Sadəcə verilişlərin keyfiyyəti çox aşağıdır. Amma qanunda ona görə televiziyalara cəza nəzərdə tutulmur". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı