Azərbaycan İdeyası

Şairdən Lütfi Zadəyə “fındıqbaş” deyən yazıçıya sərt cavab: “Hələ bir onun səviyyəsinə qalxsın...”

Tarix:8-09-2017, 16:38
Baxış Sayı:7 615


“Akif Əlinin Lütfi Zadəyə münasibəti qəbuledilməzdir”.

Bunu AzNews.az-a şair Rüstəm Behrudi Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli alim Lürfi Zadəni “fındıqbaş” adlandırmasına münasibətində deyib. Onun sözlərinə görə, dünya elmində inqilab edən Lütfi Zadə haqqında bu cür düşünmək böyük bir yanlışlıqdır:
“Kim nə deyir desin, Lütfi Zadə Azərbaycanda doğulub, böyüyüb, dünya elminə öz töhfələrin verib. Akif Əli isə yazıçıdır, onun bu ifadəni işlətməsinə inanmaq istəmirəm. Yox, əgər deyibsə də yalnış düşüncədə olub. Əslində Lütfi Zadə haqqında bu cür ifadə işlədən ən azı onun səviyyəsində olmalıdır. Hələ bir Lütfi Zadə səviyyəsinə qalxsınlar... Lütfi Zadə dünyada məşhur olan bir alimdir. Bəlkə Akif Əli əsəbi olub? Əslində yazıçı belə ifadə söyləməməlidir. Çox böyük yanlışlıq edib”.
Rüstəm Behrudi qeyd edib ki, Azərbaycanda bir çox ziyalılar Lütfi Zadəyə münasibətdə yanılıblar: “Onlar elə düşünür ki, elm adamı bayraq götürüb inqilab eləməlidir. Hər bir kəs öz sahəsində bu millətin adını ucalda bilirsə, sevinmək lazımdır. Ola bilsin ki, Lütfi Zadə bir elm adamı kimi qorxaq olub, yaxud da başı elmə qarışıb. Amma “mən öləndə Azərbaycanda basdırın” deyən adamı bu şəkildə təhqir etmək yalnışlıqdır. Onun Bakıda dəfn olunması bizim xeyrimizədir. Ölən şəxsin vəsiyyətinə bizdə hörmət edirlər, daha ardı ilə danışmırlar". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı