Azərbaycan İdeyası

Aprel döyüşlərinin ilk romanı – “Ovçu”

Tarix:14-02-2018, 16:21
Baxış Sayı:8 625



 Aprel döyüşlərinin ilk romanı – “Ovçu”
 Aprel döyüşlərinin ilk romanı – “Ovçu”

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. Müəllifin "Ovçu" romanı 2016-cı ilin Aprel döyüşlərinə həsr olunub. Roman Aprel döyüşlərinin şəhidlərindən biri, Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğullarımızın əziz xatirəsinə elegiyadır. Kitabın bədii redaktoru yazıçı Elçin Hüseynbəyli, hərbi ekspretləri isə Rey Kərimoğlu və Tofiq Şahmuradovdur.
Kitaba ön sözü millət vəkili, akademik Nizami Cəfərov yazıb. Akademik qeyd edir ki, Azərbaycan ədəbiyyatını bir-birinin ardınca qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur Aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, tarixdən uzaqlaşmaq deyil, əksinə ona daha yaxınlaşmaq istəyindən irəli gəlir.
Qeyd edək ki, romanda ilk dəfə olaraq Ali Baş komandan, prezident İlham Əliyevin və digər yetkililərin bədii obrazları yaradılıb.


OXŞAR XƏBƏRLƏR
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı