Azərbaycan İdeyası

Xalq artisti: "İşğalla barışmayacağıq"

Tarix:4-04-2018, 16:52
Baxış Sayı:388

 Xalq artisti: "İşğalla barışmayacağıq"

Mən Ağdamın Sarıhacılı kəndində anadan olmuşam. Düşünürəm ki, xanəndəlik də mənə elə Qarabağın torpağı, daşı, axan çayları, saf havası ilə verilib. Axı Qarabağda hər şey sanki elə muğam zümzümə edir.
Torpaqlarımızın işğal altında qalması həm bir azərbaycanlı, həm də o yerlərdə dünyaya göz açan bir insan kimi, məni göynədir.
Korrupsiya-q.az Oxu.Az-a istinadən xəbər verirb ki, bunu tanınmış xanəndə, Xalq artisti Arif Babayev deyib.
Xalq artisti bildirib ki, o yerlərlə bağlı qəlbində sonsuz xatirələr var.
“Mən yaxşını da, pisi də görən insanam. Ən böyük arzum Qarabağın, doğma Ağdamın azad edilməsini görməkdir. Məni buna ruhlandıran isə prezident İlham Əliyevin apardığı siyasətdir”, - deyən A. Babayevin sözlərinə görə, dövlət başçısı bəzi beynəlxalq təşkilatların ikili standartlar sərgiləməsinə, işğalçı Ermənistanın başını sığallamasına rəğmən, qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunmalıdır:
“Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Milli Ordunun davamlı olaraq güclənməsi son vaxtlarda təmas xəttində Azərbaycanın üstün mövqe qazanmasını təmin edib.
Şanlı aprel döyüşləri isə xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Hesab edirəm ki, Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır.
2017-ci ildə Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib.
Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb.
İşğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır.
Bu kimi layihələrin icrası ilə biz dövlətimizin, xalqımızın iradəsini göstəririk.
Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Biz hamımız hörmətli prezidentimiz İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı siyasətə dəstək verməliyik, həmişə onun yanında olmalıyıq!”, - deyə Xalq artisti əlavə edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO