Azərbaycan İdeyası

“Ölmək istəmirəm…” - Tünzalənin kövrək anları

Tarix:18-09-2018, 14:12
Baxış Sayı:319

“Ölmək istəmirəm…” - Tünzalənin kövrək anları

Əməkdar artist Tünzalə Əliyeva ATV kanalında yayımlanan “Bizimləsən” proqramının qonağı olub. Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib.
Proqramın əməkdaşları əvvəlcə, əməkdar artistin evindən hazırladığı sujeti təqdim edib. Tünzalə Əliyeva ağlayaraq yaşamaq istədiyini bildirib:
“Xərçəng xəstəliyini özümə yaraşdırmadım. Bu xəstəlik 5-6 il var, sadəcə olaraq dayanıb. Son günlər yemək yemədim, imunitetim aşağı düşdü və xəstəlik inkişaf etdi. Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, hamı mənimlə birgə ağlayırdı. Ana-atam bilmir. İndi ölmək istəmirəm. Qızım Zəhra çox balacadı. Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəmmi? Allaha yalvarıram ki, mənə möhlət ver. Hamıdan xahiş edirəm, mənə kömək edin”.
Daha sonra verilişin qonağı olan aktrisa ayaqlarında da problem yarandığını qeyd edib:
“Çox gücsüz insanam. Milyonlarla insanın duasına görə minnətdaram. Ayaqlarım işləmir. Həkimim şübhələnərək ayağımdan 38 linfa götürmüşdü. Arıqlamaq üçün etdiyim əməliyyatlara görə də çox peşmanam. Yemək yeyə bilmirəm. Buna görə də sağalma ehtimalım azalır. Mədəmi kiçiltdim. Hər gün yeməliyəm ki, kökəlim. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO