Azərbaycan İdeyası

"Analarının dərdini bilən insan lazım idi" -Şəhid Anaları Komitəsinə sədr seçilən xalq artisti

Tarix:5-11-2018, 13:49
Baxış Sayı:290

  "Analarının dərdini bilən insan lazım idi" -Şəhid Anaları Komitəsinə sədr seçilən xalq artisti

“Biz bu yaxşılığı şəhid analarına borc bilməsək, onda bizim bir-birimizə olan hörmətimiz də itər”
Bunu Moderator.az-a açıqlamasında Şəhid Anaları Komitəsinə yenicə sədr seçilən xalq artisti Flora Kərimova deyib. F.Kərimova bildirib ki, bu onun üçün bir fəxrdir:
“Dərd birdimi, ikidimi, bu gün şəhid analarının dərdinə, ağrısına şərik olmaq, yanlarında olmaq, əl uzatmaq bizim borcumuzdur. Mən çox istəyərdim ki, xoşbəxt analarla üz-üzə duram, ancaq təəssüflər olsun ki, gələcəyimiz olan övladlarımızı biz toprağa tapşırdıq. İnş Allah düşünürəm ki, müharibə bizim qələbəmizlə nəticələnəcək, bu yarı cür ola bilməz. Onsuz da həmişə şəhid analarının yanında oluram və çox sağ olsun ki, məni buna layiq bilərək komitəyə sədr seçdilər. Çünki şəhid analarının dərdini bilən və buna layiq olan bir insan lazım idi və buna məni layiq gördülər. Bu mənim üçün böyük fəxrdir ki, şəhid analarımızın yanında dura, əl uzada və təskinlik verə, onlarla birlikdə göz yaşı tökə bilirəm. Hər bir qadın anadır, fərqi yoxdur, övladı şəhid oldu və ya olmadı. Düşünürəm ki, mənim üçün bu böyük bir hadisədir. Biz bu yaxşılığı şəhid analarına borc bilməsək, onda bizim bir-birimizə olan hörmətimiz də itər. Çalışacam ki, mənə tapşırılan işə layiq olum”.
Qeyd edək ki, Sabitlik və inkişaf Mərkəzi İctimai Birliyinin nəzdində Şəhid Anaları Komitəsi yaradılıb və xalq artisti Flora Kərimova həmin komitəyə sədr seçilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO