Qeydiyyat    Giriş
Daxilolma
» » Gəncə Yeni ilin sehrinə düşüb

Gəncə Yeni ilin sehrinə düşüb

Bölmə: Mədəniyyət
  Gəncə Yeni ilin sehrinə düşüb


Gəncədə şəhər icra hakimiyyətinin və “GəncLand” istirahət və əyləncə mərkəzinin təşkilatçılğı ilə 31 Dekabr – Dünya azərbaycanlılarının həmrəlik günü və Yeni il münasibəti ilə bayram tədbirləri başlayıb. Gəncə sakinləri və şəhərimizin qonaqları üçün hər gün saat 17:00-da şəhərin baş meydanında konsert proqramı təşkil olunur. İlk olaraq sakinlər qarşısında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi çıxış edib.

Konsert proqramını Yeni ilin əvəzolunmazlarından sayılan Şaxta baba və Qar qız açıq elan ediblər. Tamaşaçıları salamlayıb, xoş arzularını, diləklərini çatdırıblar. Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi 2 saatlıq konsert proqramı ilə şəhər sakinlərinin zövqünə oxşayıb. Respublikanın xalq artisti Sevinc İbrahimova, əməkdar artistləri Mehparə Cəfərova, Kəmalə Tağızadə, solistlər İlqar Vəlioğlu, Vasif Bayramov, Azər Verdiyev, Mirqasım Əliyev və digərlərinin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları təqdim olunub.
Konsert proqramında müxtlif nağıl və cizgi film qəhrəmanlarının iştirakı da təmin olunub.
Xatırladaq ki, şəhərin əsas meydanında hündürlüyü 21 metrə olan küknar ağacı qurulub. Burada balacaların asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün müxtəlif atraksionlar quraşdırılıb. Ərazidə “Tir”, “Faceart” və sair fərqli əyləncələr üçün də şərait yaradılıb. Bununla yanaşı şəhərin baş meydanında 10 ədəd kiçik evcik qurulub ki, burada da müxtəlif yeyinti məhsullarının tanıtımı və satışı həyata keçirilir. Bayram günlərində mütamadi olaraq şou-proqramlar, uduşlu viktorinalar da baş tutacaq.
Saat 17:00-dan başlayan və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqili proqramlar Dekabrın 31-dək davam edəcək.
Dekabırın 31-də isə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Gəncənin baş meydanında konsert proqramı təşkil olunacaq. Gəncə Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq.


  Gəncə Yeni ilin sehrinə düşüb
  Gəncə Yeni ilin sehrinə düşüb
  Gəncə Yeni ilin sehrinə düşüb
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istidadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
Şərhlər yaz
Adınız:
E-mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seçimi | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kod:
          Güvenlik Kodu (CAPCHA)
Kodu Güncelle

Kodu daxil edin:

,,/divbr / cache