Azərbaycan İdeyası

Əməkdaşımız xalq şairinin barelyefinin izinə düşdü - Nazirlik məsələni nəzarətə götürdü...

Tarix:8-02-2019, 15:18
Baxış Sayı:216

 Əməkdaşımız xalq şairinin barelyefinin izinə düşdü - Nazirlik məsələni nəzarətə götürdü...


Əməkdaşımız xalq şairinin barelyefinin izinə düşdü, Nazirlik məsələni nəzarətə götürdü.
İlk öncə onu bildirək ki, yanvarın 28-də xalq şairi Vaqif Səmədoğlunun ölümündən dörd il ötdü. Məsələ ilə bağlı saytımıza danışan V.Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilova bildirmişdi ki, o, şairin adının əbədiləşdirilməsi üçün əlindən gələni edir, kitablarını çap etdirir. Amma bir məsələ odur ki, üç il yarımdan artıqdır sərəncam verilməsinə baxmayaraq, xalq şairinin barelyefi yaşadığı evə vurulmur.
Məsələnin izinə düşən əməkdaşımız ilk olaraq, Azərbaycan Yazıçılar Birliyinə müraciət edib. AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca saytımıza bildirib ki, bu onların qurumuna aid olan məsələ deyil. Pulu kim alıbsa, getsin barelyefi də təyin olunan yerə vursun. Xalq şairi açıqlamasında bu sərəncamın Mədəniyyət Nazirliyinə aid olduğunu bildirib. Bu dəfə əməkdaşımız Mədəniyyət Naziliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, artıq problem nəzarətə götürülüb, araşdırılır. Tez bir zamanda problemin həlli ilə bağlı saytımıza açıqlama veriləcək.
Ümidvarıq ki, aidiyyəti qurumlar Səməd Vurğun kimi bir şairin ailəsində doğulan Vaqif Səmədoğlunun xatirə lövhəsi ilə bağlı məsələni tez bir zamanda həll edərək, poeziya sevərləri sevindirəcək.
Məsələ diqqətimizdədir...

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO