Azərbaycan İdeyası

Almaz Ələsgərli: “Elə olub ki, 10 manata oxumuşam, utanmıram”

Tarix:4-11-2015, 16:02
Baxış Sayı:499

“Elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam”.
"Korrrupsiya və Qanun" qəzetinə istinadən Publika.az xəbər verir ki, bunu əməkdar artist Almaz Ələsgərli Xəzər telekanalında sosial şəbəkələrdə yazılan təhqirlərdən danışarkən deyib. Müğənni məşhurların ünvanına təhqiramiz ifadələr yazan insanları “xəstə” adlandırıb.
“Instagram”da boş-boş yazanlar, fikrini acı sözlərlə ifadə edənlər xəstə insanlardır. Normal adam heç vaxt elə sözlər yazmaz. Səviyyəli biri başqasının xətrinə dəyməz. Elə olur yazırlar ki, kim olmusan? Elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam. Bunu deyirəm və utanmıram. Sonradan 50 manata, 100 manata toya getmişəm”.
Müğənni bəzən həmkarlarının görməmişliyindən və ünvanlarına belə xoşagəlməz ifadələr yazılmasına əsas vermələrindən də danışıb:
“Mən tamaşaçını da başa düşürəm. Sünilik görəndə qıcıqlanırlar. Bəzi müğənnilər efirə çıxıb deyir ki, 12 min manata paltar geyinirəm və ya paltarımın qiyməti 15 min manat olmalıdır, ya da ayaqqabım 5 min manatdır. Belə şeylər insanı qıcıqlandırır. Həmin müğənnini izləyən tamaşaçı o sözləri deyənin keçmişini bilir. Bəziləri bu danışıqları ilə təhqir olunmalarına zəmin yaradır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO