Azərbaycan İdeyası

Aybəniz Haşımovanın qızı ürək dağladı - VİDEO

Tarix:2-05-2019, 13:47
Baxış Sayı:211


Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva səsi ilə ürəkləri dağlayıb.
Korrupsiya-q.az xəbər verir ki, Aynişan Quliyeva baş rolda çəkildiyi “Solğun çiçəklər” serialının növbəti buraxılışında Cəfər Cabbarlının “Ey dan ulduzu” adlı şeirinə bəstələnmiş mahnısını ifa edib.
Sevgilisi tərəfindən hamilə halda tərk edilən Sara obrazını canladıran aktrisanın ifası sosial şəbəkələrdə böyük diqqət toplayıb. Məşhurun yanıqlı səsi çoxunu təsirləndirib.
Aynişan sözügedən səhnə haqqında təəssüratlarını paylaşıb:
“Bu mahnını mənə cəmi 1 dəfə anam oxudu, öyrənməyə zamanım olmadı. Filmin quruluşcu rejissoru Xəyyam bəy dedi ki, Aynişan, mügənni kimi oxuma, Sara kimi oxu, onun fəryadını ver!
Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun çiçəklər” pyesini ekranlaşdırır. Peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində filmsevərlərə təqdim olunur.

Serialın ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.

Rollarda Xalq artisti Elxan Qasımov, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alıb.



[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb