Azərbaycan İdeyası

“Uşaq kinosu həftəsi” və xeyriyyə tədbiri keçiriləcəkdir

Tarix:27-05-2019, 12:58
Baxış Sayı:211

1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Olaylar.az bildirir ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür.
Mədəniyyət Nazirliyinin və Bakı Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində cari il mayın 27-dən 31-dək "Uşaq kinosu həftəsi" və mayın 30-da Nizami Kino Mərkəzində xeyriyyə tədbiri keçiriləcəkdir.
"Uşaq kinosu həftəsi" çərçivəsində 16 müəssisədə 32 film nümayişi nəzərdə tutulur.
Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş xeyriyyə tədbiri "Salnaməfilm" sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzi və "Ulduz" şokolad fabrikinin birgə təşkilatçılığı ilə həyata keçirilir .
Uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı və yeni cizgi filmlərinin təqdimatından ibarət bayrama qayğı və diqqətə xüsusi ehtiyacı olan uşaqlar qatılacaq. Sözügedən tədbirdə məqsəd uşaqlara sevinc və təbəssüm bəxş etməkdir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO