Azərbaycan İdeyası

AZƏRBAYCAN DİLİNDƏN BU SÖZLƏR ÇIXARILIR

Tarix:11-06-2019, 15:46
Baxış Sayı:217


“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” və “türkmənşəli” sözlərinin çıxarılmasını düşünürük”.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, “əməkhaqqı” sözü əvvəlki lüğətlərdə olmayıb: “Misal üçün 1960-cı ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əsasən “əməkhaqqı” bitişik söz kimi deyil, mürəkkəb sözdür. Həmin söz 1975-ci ildə nəşr olunan lüğətdə də verilməyib. Bu söz 2004-cü ildə lüğətə daxil olub və daha sonra 2013-cü ildə də lüğətə daxil edilib. Bu da sonradan etirazlara səbəb olub”.
Akademikin sözlərinə görə, etiraz edənlər “təhsilhaqqı” və “gedişhaqqı” sözlərinin də yazılış qaydasının necə olduğunu soruşurlar:
“Hesab edirəm ki, bu təklif uğurludur. Dilimizdə bu sözlər “təhsil haqqı” və “gediş haqqı” kimi yazılır. Ona görə də biz yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” sözünü çıxarmağı düşünürük. Çünki bu, mürəkkəb sözdür. Onu cəmləndirəndə “əmək haqqları” olur, “əməkhaqqıları” olmur. Danışan zaman “onların əməkhaqqıları” deyilmir. Amma “ayaqqabı” sözü mürəkkəb söz olsa da, cəm şəkilçi qəbul etdikdə “ayaqqabıları” kimi yazılır. “Əmək haqqı” ikinci növ təyini söz birləşməsidir və bitişik yazılmamalıdır. Bitişik yazılmayan söz də lüğətdən çıxarılmalıdır”.
M.Nağısoylu bildirib ki, lüğətdən çıxarılması müzakirə olunan sözlərdən biri də “türkmənşəli” sözüdür: “Bu söz də əvvəlki lüğətdə olmayıb. Çünki haqlı olaraq edənlər “fransızmənşəli”, “ingilismənşəli” sözlərin də lüğətimizə daxil olmasını düşünürlər. Ümumilikdə, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 1000-ə yaxın bu tipli sözün çıxarılması nəzərdə tutulur”.
Qeyd edək ki, Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır. (report)
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO