Azərbaycan İdeyası

“Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu

Tarix:21-06-2019, 16:13
Baxış Sayı:793


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, kitabın rus dilində versiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının rəhbəri Leyla Əliyevanın dəstəyi ilə nəşr olunub və Moskvada təqdimatı keçirilib. Türk dilində versiyası isə İHH təşkilatı tərəfindən qardaş Türkiyədə nəşr edilib və geniş təqdimatı keçirilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) və “Regional Hüquqi və İqtisadi Ma­arif­lən­dirmə” İctimai Birliyinin (RHİMİB), “TransEvroKom” telekommunikasiya şirkəti, iş adamları Vüqar Abbasov və Nəcəməddin Taşbağın dəstəyi ilə kitabın Azərbaycan dili versiyasının nəşri və təqdimat mərasimi təşkil olunub.
Tədbirdə millət vəkilləri, dövlət və ictimai sektor təmsilçiləri, Xocalı sakinləri, QHT və KİV nümayəndələri, gənc yazarlar və b. iştirak edib. Təqdimat mərasimini giriş sözü ilə açan Millət vəkili, ABAİB prezidenti dos.dr. Qənirə Paşayeva Dürdanə Ağayevanın kitabını, Xocalı soyqırımına ədalətli cavab arayışı istiqamətində görülən məq­sədyönlü işlərdən biri kimi qiymətləndirib. Xanım millət vəkili qeyd edib ki, “Soyqırım gecəsi erməni vandalları tərəfindən 366-cı motoatıcı alayın bilavasitə hərbi-texniki dəstəyi ilə dinc əhaliyə qarşı baş vermiş amansızlığın bir şahidin dilindən duyurulması, əlbəttə, təsirlidir. Bununla belə, kitab yalnız bir Azərbaycan qadınının harayı deyil, bütün əsirlikdə olan qadınların harayıdır. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkür edirik. Bu gün, başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla, ədalətin təntənəsi üçün uluslararası miqyasda önəmli tədbirlər təşkil edilir. “Xocalıya ədalət!” uluslararası kampaniyasının ayrı-ayrı ölkələrdəki nümayəndələri faciənin tərəqqipərvər insanlar arasında yayılması, yeni ünvanalr qazanması məqsədi ilə ardıcıl layihələr həyata keçirir. Dürdanə xanımın qələmə aldığı əsər də, Xocalının haqq səsinin duyurulmasında özünəməxsus bir addımdır. Bu kitabla bağlı ziyalıların, Xocalı sakinlərinin fiki və təkliflərini Dürdanə xanıma çatdırması xahiş olunur, çünki bir neçə gün sonra kitabın daha böyük tirajla çap olunaraq, universitetlərimizə, kitabxanalarımıza, məktəblərimizə, Gənclər Mərkəzlərimizə paylanması nəzərdə tutulub. İnanırıq ki, gənclərimizin tariximizi daha dərindən öyrənməsinə bu kitab da bir vəsilə olacaqdır.
Mən bir Millət vəkili, bir Azərbaycan vətəndaşı olaraq, “Erməni zindanında səkkiz gün” kitabının araya-ərsəyə gəlməsində əməyi olan bütün qardaş-bacılarıma, könül dostlarına təşəkkür edir, ehtiramımı yetirirəm. Ümidvaram ki, bu kitabın daha başqa dillərə çevrilib, nəşr edilməsi də, Xocalı həqiqətləri dünyaya yayılması işinin xeyrinə olacaq. Nəsib olsun, növbəti təqdimatları Dürdanə xanımın doğma yurdu Xocalıda keçirək”.
Sonra Millət vəkilləri Adil Əliyev, Aqil Abbas, Flora Qasımova, Aydın Hüseynov, Sahib Alıyev, “Azər­bay­can Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gən­cəliyev, professor Elçin Əhmədov, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, “TransEvroKom” telekommunikasiya şirkətinin direktoru Qismət İbrahimov, RHİMİB sədri Arzu Bağırova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Xocalıdan olan ziyalılar çıxış edib. Çıxışlarda bildirilib ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitabının nəşrində məqsəd bütün tərəq­qi­pərvər insanların, konstruktiv mövqeli qurum və quruluşların erməni vəhşiliklərindən, erməni yalanlarından agah olmasına, ədalətsizliyə qarşı mübarizəyə töhfə verməkdir.
Çıxışlarda vurğulanıb ki, düşmən təb­li­ğa­tına qarşı Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” uluslararası kampaniyası ilbəil genişlən­məkdədir. Soyqırımın canlı şahidi Dürdanə xanımın öz xatirələrini qələmə alması bu kampaniyaya böyük dəstəkdir. Kitabda Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla söhbət açılmaqla, əsər ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha açıb göstərir. Bu kitab bugün olduğu kimi, gələcəkdə də, Xocalıda günahsız azərbaycanlılara qarşı törədilmiş soyırım aktını duyuracaq, yayacaq. Duyuracaq və yayacaq ki, insanlıq bir də belə faciələr yaşamasın. Çıxışlarda, “Erməni zindanında səkkiz gün” kitabının Xocalı soyqırımının unudulmaması, yenidən yaşanmaması məqsədi ilə həyata keçirilən önəmli layihələrdən biri olduğu qeyd edilib.
Belə bir ortaq fikir səsləndirilib ki, biz Azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin, onların havadarlarının amansızlığına məruz qalmasını 27 ilə sığışdıra bilmərik. Soyqırım siyasəti on illər öncənin zəhərli beyin məhsulu olub, ötən yüzillik boyunca və təəssüf ki, yeni yüzillikdə də bitməyən bir bəşəri problemdir, adı üstündə “erməni xəstəliyi”, “erməni sindromu”dur. Cinayətkarların cəzasız qalmaması üçün hər bir azərbaycanlı daha da çox çalışmalı, Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, “Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməliyik. Bu istiqamətda daha yeni kitabların yazılmasına, filmlərin çəkilməsinə və xarici ölkələrdə onların təbliğat və təqdimatlarının genişlənməsinə böyük ehtiyac var. İş adamlarımız da bu istiqamətdə daha çox dəstək verməyə çağrılıb.
Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə çıxış edərək, Leyla xanımın “Xocalıya ədalət” kampaniysı çərçivəsində görülən işlər, əldə olunan nəticələr, Fondun xarici ölkələrdə həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib və bildirib ki, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada geniş yayılması, tanıdılmasına nail olunması istiqamətində işlər daha intensiv xarakter alıb. O, Xocalı soyırımının şahidləri tərəfindən yazılan bu cür kitabların əhəmiyyətini xüsusi vurğulayaraq, belə nəşrlərin artmasının vacibliyini qeyd edib.
Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək, ürək sözlərini bölüşüb, həmyerlilərini, soyqırım dəhşətlərini yaşayanları acı da olsa, öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, şəxsən onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən, işğalçıə Ermənistan tərəfindən törədilən bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü dünyaya daha geniş duyurmaq istəyidir. Eyni zamanda böyüyən nəsillərin o günləri heç bir zaman unutmamasına çağırışdır.

iderTv.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb