Azərbaycan İdeyası

Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur

Tarix:8-07-2019, 17:42
Baxış Sayı:177


Xəbər verdiyimiz kimi, Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərinin tarixi hissəsi Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu qərar iyulun 7-də Bakıda keçiriliən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.
Tarixi hadisə ilə bağlı Şəki şəhərində doğulub boya-başa çatan Əməkdar artist Gülyaz Məmmədova Oxu.Az-a açıqlama verib.
O, böyük fərəh hissi keçirdiyini deyib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib:
“Bir neçə gün əvvəl anamı görmək üçün Şəkiyə gəldim. Elə bu ərəfədə sosial şəbəkədə bu xəbəri görəndə çox sevindim. Bu, tək Şəki üçün yox, bütövlükdə Azərbaycan, onun mədəniyyəti üçün böyük uğur və qələbədir. Şəkiyə il boyu dünyanın əksər ölkələrindən turistlər axın edir.
Bilirsiniz ki, Şəki öz tarixi yerləri, abidələri, sənət nümunələri və ləziz mətbəxi ilə tanınır. Buraya gələn bir də gəlmək istəyir. Azərbaycanın bir çox şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır.
Bizim doğma Şəkimiz də onlardan kənarda qalmayıb. Mən bir şəkili kimi, bu tarixi hadisədən qürur duyuram və ümid edirəm ki, bundan sonra Şəkidə daha gözəl işlər görüləcək. Bütün bunlara görə cənab Prezident İlham Əliyevə və onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO