Azərbaycan İdeyası

Yalçın Rzazadə: "Xaricdə müalicə olunmağım üçün 15 min manat lazımdır"

Tarix:11-07-2019, 19:15
Baxış Sayı:176

KORRUPSİYA-Q.AZ

Xalq artisti, müğənni Yalçın Rzazadənin bu gün Mərkəzi Dənizçilər Xəstəxanasında verdiyi analizlərin nəticələri məlum olub.

Bu barədə “Report”a Y.Rzazadə özü məlumat verib.

Onun sözlərinə görə, müayinənin nəticələri mədəsində bir neçə yara aşkarlandığını ortaya çıxarıb: “Vəziyyətim çox pisdir. Bu gün daxili orqanlarımın MRT müayinəsinin analizlərinin nəticələri çıxdı. Mədəmdə ağır xəstəliklər aşkarlanıb. Hazırda mədəmdə yaralar əmələ gəlib. Mənə qoyulan diaqnozu dilimə gətirmək istəmirəm. Onu bilirəm ki, səhhətim heç də yaxşı deyil. Qanımda zəhərlənmə var, rəngim isə saralıb”.

Xalq artisti bildirib ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunmağım üçün cəmi 50 min lirə (15 min manat) pul lazım olub: “Amma mən bu pulu tapa bilmədiyimdən müalicəm baş tutmadı. Bu gün isə artıq vəziyyətim ağırlaşıb. Ancaq xaricdə müalicə olunmağım üçün imkanım yoxdur”.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO