Azərbaycan İdeyası

"22 iyul varisi" olan media qurumları və jurnalistlərin adları - SİYAHI

Tarix:22-07-2019, 16:16
Baxış Sayı:147


Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirilib. PJB sədrinin müavini Aqil Aslan "Olaylar"a bildirib ki, sorğuda 52 jurnalist iştirak edib. İştirakçılar 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda Zərdabiçilik ənənələrinin qorunması, irs-varislik, peşəkarlıq və s. prinsiplərinin mühafizəsi kimi meyarlardan çıxış edərək, qalibləri - "22 iyul varisi" adına layiq olanları - müəyyənləşdiriblər. Respondentlərin rəyi nəticəsində Azərbaycanda "22 iyul varisi" olan televiziya, agentlik, sayt, qəzet, jurnal, radio, o cümlədən qəzet, televiziya və sayt jurnalistləri müəyyənləşib.
Beləliklə, "22 iyul varisi" adına layiq görülən media qurumları və jurnalistlərin siyahısını təqdim edirik: Telekanallardan Azad Azərbaycan Televiziyası (ATV), agentliklərdən Trend, qəzetlərdən "Türküstan", saytlardan "Moderator.az", jurnallardan "Ulduz", radiolardan "ASAN RADİO", telejurnalistlərdən REAL TV-nin əməkdaşı Ləman Əliəşrəfqızı, qəzet jurnalistlərindən "Yeni Müsavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızı, sayt jurnalistlərindən "Lent.az"ın əməkdaşı Səbuhi Məmmədli "22 iyul varisi" nominasiyasının qalibi olublar. Media qurumlarını və həmkarlarımızı təbrik edirik! [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO