Azərbaycan İdeyası

Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub

Tarix:22-07-2019, 16:18
Baxış Sayı:148


Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. "Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün "Əkinçi"ni yaratdı. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi" millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb. Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi artıq ənənəyə çevirib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü. Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd edilib. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib ki, kütləvi informasiya vasitələri (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər. Y.Mahmudov Azərbaycan mətbuatının hazırda uğurlu inkişaf dövrünü yaşadığını qeyd edib. Akademik əlavə edib ki, Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir. Milli-mənəvi dəyərlərimizin, müasir uğurlarımızın və tariximizin təbliğ olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun prezidenti olduğu Heydər Əliyev Fondu çox mühüm rol oynayır: "Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir". Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın inkişafında dönüş yarandı. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. R.Əliyev bildirib ki, bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul edilib. Onun sözlərinə görə, azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyinin təmin edilməsi, mətbuat işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar qəbul edilib və müvəffəqiyyətlə həyata keçirilir: "Ümumimilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlıqlarının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yardılıb. Həyata keçirilən bu mühüm tədbirlər Azərbaycanda mətbuatın, jurnalistikanın sürətli, hərtərəfli inkişafına şərait yaratmışdır. Mətbuat da öz növbəsində Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, demokratiyanın üstünlük təşkil etdiyi vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir. Milli mətbuatımız milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edir. Azərbaycan mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayır. Peşə bayramları münasibəti ilə bütün mətbuat işçilərini, jurnalitləri təbrik edir, onlara bu mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzu edirəm". Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir: "Bütün dövrlərdə ölkəsinə, xalqına bağlı insanlar öz xalqının inkişafı üçün böyük xidmətlər göstərib. Hər kəs bir sahə üzrə ölkəsinin inkişafına, tərəqqisinə, dünyada tanınmasına, qüdrətlənməsinə, nüfuz sahibi olması üçün çalışıblar və bu gün də çalışırlar. Həsənbəy Zərdabi də Azərbaycan dilində qəzetə ehtiyacı olduğunu hiss edərək bu istiqamətdə xeyli işlədi və 22 iyul 1875-ci ildə ilk qəzeti nəşr etdi". E.Səlimov bildirib ki, zaman keçdikcə mətbuat müxtəlif təzyiq və qadağalara məzur qalmaqla, çətin bir yol keçmişdir. Bütün bu çətinliklərə baxmayaraq Həsənbəy Zərdabi millət və xalq üçün vətənpərvər və maarifpərvər ideyalarını ortaya qoyaraq böyük bir məktəb yaratmışdır: "Azərbaycan müstəqillik qazanandan sonra mətbuat təbliğatçıya çevrildi. 1993-cü ildən başlayaraq KİV-lər inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərməklə azad, demokratik mətbuatın əsasını qoydu. Mətbu orqanların texniki bazasının əsaslı sürətdə yenilənməsinə nail oldu. Özəl mətbuat inkişaf etdirildi. Mətbuatda senzura ləvğ edildi. Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir. Heç bir ölkədə olmayan bir hal olaraq, ölkəmizdə mətbuat işçiləri dövlət tərəfindən mənzillə, fəxri adlarla təltif olunur. Bu isə mətbuata dövlət qayğısının bariz nümunəsidir". Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı