Azərbaycan İdeyası

Mübariz Mənsimov Yalçın Rzazadəni ziyarət etdi - FOTO

Tarix:23-07-2019, 13:46
Baxış Sayı:166




“Uşaqlıq illərindən gördüyün, izlədikləri adamların əbədi yaşamasını istəyir insanoğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaq imişsən kimi gəlir. Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir”.
Korupsiya-q.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə bir neçə gün əvvəl əməliyyat olunan Xalq artisti Yalçın Rzazadə haqqında danışarkən deyib. Yalçın Rzazadəni ziyarət edən iş adamı instaqramda birgə fotolarını paylaşıb. O, sənətçiyə olan ürək sözlərini belə ifadə edib:
“Dəyərli sənətkarım, Xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin. Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi. Xalqın dəyərli sənətkarı, Allah sizi başımızdan əskik etməsin! Sizi dinlədikcə gəncliyimizə, sanki uşaqlıq illərinə geri dönürük. Fərqli duruşunuzla, gözəl səsinizlə hər zaman səhnəmizi bəzədiniz. “Bakı, sabahın xeyir” mahnısını bu gün belə dinlədikcə sanki o sabahı yaşamış oluram. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burada ən yaxşı həkimlərin nəzarətindəsiniz. Allah sizə şəfa versin, ustad! Hər zaman var olun! Keçmişi olmayanın, gələcəyi olmaz”.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri fond öz nəzarətinə götürüb.
Bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Mübariz Mənsimov Yalçın Rzazadəni ziyarət etdi - FOTO

Mübariz Mənsimov Yalçın Rzazadəni ziyarət etdi - FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb