Azərbaycan İdeyası

"Bizə 36 manat sutkalıq yazırdı, sonra o rəqəmi 536 edirdi...əlimdə sənədlər var" — Tanınmış əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR

Tarix:14-08-2019, 14:15
Baxış Sayı:388





İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyoru, əməkdar artist Vaqif Kərimov "Ölkə.Az"-ın suallarını cavablandırıb.
- Vaqif müəllim, İrəvan Dövlət Azərbaycan Dram Teatrından son illərdə təxminən iyirmiyə yaxın aktyor-aktrisa uzaqlaşdırılıb ki, onlardan biri də sizsiniz. Sizin işdən çıxarılmaq səbəbiniz nə oldu?
- Altmış beş yaş məsələsiylə bağlı işdən çıxarılmışam. İşdən çıxarılanda isə altmış yeddi yaşım var idi. Lakin bütün bunlara baxmayaraq, repertuarın böyük hissəsi mənim çiynimdə idi, əksər tamaşalarda baş rollar oynamışam. Düzdür, dövlətin qanunu var və bununla razılaşmaq borcumuzdur. Ancaq direktor İftixar Piriyev kollektivdə məndən yaşca böyük, təcrübəcə çox kiçik olan aktyoru saxladı.

- Sizcə, İftixar Piriyevin bu qərarı şəxsi qərəzdir, yoxsa idarəçiliyi yaxşı bilmir?

- Təbii ki, şəxsi qərəzdir. Çünki mən onun dediyini etmirdim.

- Məsələn?

- O deyirdi ki, Əjdər Zeynalovu, Elçin Hacıyevi işdən çıxartmışam, niyə onları dəstəkləyirsən? Teatrın həmkarlar təşkilatının idarə heyətinin üzvü idim. İclaslarda yeganə insan idim ki, fikrimi azad şəkildə deyirdim, onların etdiyi haqsızlıqlara göz yummurdum. İkincisi, Əjdər Zeynalovla İftixar Piriyevin məhkəməsində çox kəskin çıxış etdim. Birinci instansiya məhkəmədə Əjdər Zeynalov məhkəməni uddu, apellyasiyada yəqin ki, hansısa yollarla İftixar Piriyev qalib gəldi.

- Xalq artisti Vidadi Əliyev bir neçə gün öncə saytımıza müsahibəsində bildirmişdi ki, Mədəniyyət Nazirliyinin İftixar Piriyevə gücü çatmır. Sizcə, bir teatr direktoru mədəniyyət nazirindən daha böyük gücə sahib ola bilərmi?

- Bu məsələylə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyində olmuşam. Baş Prokurorluğa yazdığım məktub nazirliyin hüquq şöbəsinə yönləndirilmişdi. Nazirliyin hüquq şöbəsi də birtərəfli iş apardı. Dedilər ki, faktları düz göstərməmisiniz.

- Fakt deyərkən?

- Məsələn, qastrollarda bizə sutkalıq verilməlidir. Bizə cəmi doqquz manat pul verilirdi, halbuki həmin məbləğ bildiyimə görə əlli manatdan çoxdur. Biz o sənədlərə qol çəkirik, vəssalam. Tutaq ki, mən 36 manata imza atıram, sonra həmin rəqəmin qarşısına beş artırır və olur beş yüz otuz altı manat. İş burasındadır ki, imza da atmısan. Nazirlikdən dedilər ki, sən o şeyi sübut edə bilməzsən.

- Gerçəkdən belə bir fakt olubmu? Yəni, sübutunuz varmı?

- Bəli, sənəd var, şəklini çəkmişəm.
- İstərdim ki, bir az da gənc həmkarınız Şəbnəm Cəbrayılovanın başına gələnlərdən, yaxud gətirilənlərdən danışaq...

- Əvvəla Şəbnəm çox istedadlı aktrisadır, ikincisi, Şəbnəm yetim uşaqdır, ikinci qrup əlil olan bacısına baxır. İftixar Piriyev ona qarşı bu hərəkəti edəndə, gərək əvvəlcə gözünün qarşısına öz balalarını gətirəydi. İftixar Piriyev, sənin qızlarının atası var, amma bu uşağın atası, anası yoxdur. Amma Şəbnəmin himayəsində gözdən əlil bacısı var. Bu həyatda iki bacıdırlar. Əgər teatrda on iki aktrisan varsa, onların əksəriyyəti yaşlıdırsa, niyə 27 yaşlı Şəbnəm səksən yaşlı qadını oynamalıdır? Əslində, Şəbnəmin dublyoru olan Səmayə İsmayılova Göygöldə istirahət edir, əməkdar artist Esmeralda Şahbazova işə gəlmir. Sadəcə, bu adamları direktorun yaxın çevrəsi olduğu üçün onlara yaşıl işıqdır. Teatrda bir qrup var, kimisə işdən çıxartmaq istəyirlərsə, bir "akt" tərtib edirlər ki, biz filankəslə işləmək istəmirik.

- O qrupa kimlər daxildir?

- O qrupa İftixar Piriyevin əlaltıları-Natiq Həziyev, Bəhruz Həmidoğlu, Müdvər Nemətova kimi adamlar daxildir. Məsələn, Əjdər Zeynalov işdən çıxarılan gün, saat onun yarısından teatrda idik. Truppa müdiri Müdvər Nemətova Əjdərin üzünə durdu ki, sən işə yarım saat gecikmisən. Halbuki işə bizdən sonra gəlmişdi. Orada kimisə işdən çıxartmaq problem deyil.

- Son 10-15 ildə teatr üçün itki sayılacaq hansı aktyor-aktrisalar işdən uzaqlaşdırılıblar?

- Sizə bir foto təqdim edəcəyəm, orada Şəbnəm Cəbrayılova da oynayır, mən də. Fotodakı 10-15 aktyordan cəmi iki nəfər işdə qalıb. İftixar Piriyev üçün kimisə işdən azad etmək problem deyil. Beş-üç əlaltısını yığır, beş gün əvvələ bir töhmət yazır, sonra da işdən çıxarır.

- Sizcə, İftixar Piriyevi kim himayə edir? Bir daha qeyd edirəm ki, xalq artisti Vidadi Əliyev müsahibəsində Mədəniyyət Nazirliyinin ona gücünün çatmadığını demişdi...

- Nazirlikdən başqa kim himayə edə bilər ki? Nazirlik marağında olsa, bu adamı işdən çıxardarlar. Elə şeylər var ki, susmaq olmaz. Zori Balayanla İftixar Piriyevin fotosunu kollaj edib səhifələrdə, sosial şəbəkələrdə yaymışdılar. Həmin kollajdan sonra gedib saqqalını qırxıb (gülür). Saqqalı qırxmaq kişilik deyil, kişilik adamın içində olmalıdır. Şəbnəmin başına gələnlər məni çox yandırır. Təsəvvür edin, deyir ki, mən onun hamilə olduğunu bilirdim, amma uşağının olduğunu bilmirdim. Bu açıqlamada hansı məntiq var? Məhər hamilə qadının qarnında kərktənkələ olur?

- İftixar Piriyev xalq artisti Vidadi Əliyevi təhqir edib, onu meymuna bənzədib...

- O, öz səviyyəsini göstərir. Vidadi Əliyev təhqir olunası insan deyil. Vidadi Əliyevin bu teatrın yaşamasında xidmətləri danılmazdır və o, ən azı ağsaqqal kimi işdə saxlanılmalı idi. Bu teatr Vidadinin çiynində gəlib, onun zəhmət ilə formalaşıb. O ki qaldı Şəbnəm məsələsinə, Mədəniyyət Nazirliyinin belə bir rəsmi göstərişi var ki, hər bir tamaşada aktyorların mütləq dublyoru olmalıdır. Bəs Şəbnəmin dublyoru niyə yox idi? Çünki o dublyorlar İftixarın dediyini təsdiqlədikləri üçün istirahətdədirlər.

- İşə bərpayla bağlı məhkəməyə müraciət etmək fikriniz var?

- Əlbəttə, var. Nazirlikdə mənə dedilər ki, istədiyin teatra səni bərpa edə bilərik. Etiraz etdim ki, məhz öz iş yerimi istəyirəm. Bildirdilər ki, sən onunla işləyə bilməyəcəksən. Əlbəttə, işləyə bilmərəm. Məgər İftixar Piriyev nazirlikdən də böyükdür? Aktyoru nazirlik göndərirsə, onunla işləmək direktorun borcudur. İncəsənət şöbəsinin müdiri İsmayıl İsmayılovun qəbulunda olmuşam, nazirə məktub yazmışam. Bu adam teatr adına, mədəniyyət və incəsənət adına ləkədir. Başqa söz tapmıram. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO