Azərbaycan İdeyası

SUMQAYIT 70 İLLİK YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIR - CƏNAB ZAKİR FƏRƏCOVUN RƏHBƏRLİK ETDIYI ŞƏHƏR AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİNİN DAHA DA ARTIRILMASINDA YAXINDAN İŞTİRAK EDİR

Tarix:27-09-2019, 15:43
Baxış Sayı:2 787

Son illər paytaxt Bakıya qardaş olan Sumqayıt şəhərinin də mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra layihələr gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev hər zaman olduğu kimi şəhərə, onun sakinlərinə böyük diqqət və qayğı göstərərək 14 fevral 2019-cu il tarixdə Sumqayıt şəhərinin yubileyi ilə bağlı xüsusi Sərəncam vermişdir. Sərəncamdan irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı yerlərdə əmək kollektivləri ilə, cəmiyyətin ayrı-ayrı zümrələrinin nümayəndələri ilə silsilə görüşlər keçirir və həmin görüşlərdəki çıxışlarında bildirir ki, hər bir sumqayıtlı ölkə rəhbərinin bu diqqət və qayğısını yüksək qiymətləndirərək şəhərin daha da gözəlləşməsi və inkişafı üçün öz töhvəsini verməlidir. Hər zaman xalqın arasında olan Zakir müəllim istər bu silsilədən olan tədbirlərdə, istər bayram və əlamətdar günlərdə əhali ilə keçirdiyi görüşlərdə iştirakçılara xatırladır ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Həqiqətən də məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun layıqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir ki, bu iri sənaye şəhərinə maraq daha da artmış, yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib.
Bu il yanvar ayının 16-da Prezident İlham Əliyev Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkında inşa olunmuş ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodunun və fevral ayının 18-də ikinci dəfə şəhərə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak etmişdir. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihə olan müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilmişdir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan verəcəkdir.
“SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. İlkin mərhələdə, “SOCAR Polymer” zavodlarında ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsalı nəzərdə tutulmuş, 900-dən çox daimi iş yeri yaradılıb.
Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinin ölkədə geniş şəkildə qeyd edilməsi, abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması, eyni zamanda, dövlət başçısının Sumqayıt bulvarında şəhər sakinləri ilə səmimi görüşüb söhbət etməsi ictimaiyyət tərəfindən böyük sevinclə qarşılanmışdır. Yeri gəlmişkən, hazırda 4,2 kilometr uzunluğunda və 106 hektar olan bulvarın ərazisi daha bir kilometr genişləndirilir. Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.Yeni ərazidə çimərlik zonası salınacaq, 292 ədəd istirahət otağının da inşa edilməsi planlaşdırılır. Bununla yanaşı, genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək. Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək. Xatırladaq ki, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb. Bulvar ərazisində tikilməkdə olan Muğam Mərkəzində də işlər sürətlə aparılır.
Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 11 tədbir müəyyən edilib. Dövlət Proqramının icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə və investisiya qoyuluşu 3,5 dəfə artıb. Başqa sözlə, 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib, 4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub, şəhərin inkişafı və ayr-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub, 32819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılmış, yol infrastrukturunun inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülüb, ümumilikdə 3,5 milyon kv. metr asfalt örtüyü döşənmiş, 1,0 milyon kv. metr asfalt örtüyü cari təmir edilib.
2019 – 2023-cü illəri əhatə edən yeni Dövlət Proqramında Sumqayıt şəhəri üzrə 14 tədbir müəyyən edilib. Sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən, iplik, sabun və gigiyenik məhsullar, selüloz, müxtəlif profnastillər və kasset panellər, şərab şüşələri, tara istehsalı, logistika mərkəzinin yaradılması, həmçinin Sumqayıt Kimya Sənaye Parkının inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən, şüşə və saxsı məmulatlar, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, şüşə istehsalı, yunəyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulub.
Sənayenin inkişafı ilə yanaşı, digər sahələrdə də mühüm işlərin həyata keçirilməsi Proqrama daxil edilmişdir.
Dövlət Proqramının uğurlu icrası nəticəsində cari ilin altı ayı ərzində şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 70 milyon manat artaraq 1 milyard 80 milyon manat olmuşdur.
Sənaye müəssisələrində 720 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102 faiz təşkil edir.
Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulmuş, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatmışdır. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.
Parkda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzinin, “AzərFloat” QSC tərəfindən Almaniya texnologiyası əsasında ildə 8,0 milyon kv. metr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı, İnvestisiya məbləği 3,5 milyon dollar olan polimerdən kisə və boru istehsalı müəssisələrinin, “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.
Ölkənin kimya sənayesinin avanqardı olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilmişdir. Layihə çərçivəsində EP-300 qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq. “SOCAR Polymer” MMC müəssisələri daim olaraq xammal və enerji ilə təminatı yaxşılaşacaq, EP-300 zavodunun “Buxar Generatoru”nun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərikimya” İB bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1,0 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq.
Sənaye zonasında müəssisələri fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Sulfanol adlanan ərazidə köhnə yarımstansiyanın yerində müasir 110/35/6 KVT-luq yarımstansiyanın tikintisi başa çatdırılıb. Yarımstansiyada 2 ədəd 80 MWT gücündə yeni transformator quraşdırılıb.
Cari ilin 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 150 milyon manat olub. Bu da əvvəlki dövrə nisbətən 4 faiz və ya 6 milyon manat artım deməkdir.
Nəqliyyat sahəsində göstərilən xidmətlər 8 milyon manat və ya ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz çox, rabitə xidmətlərinin həcmi isə 7,7 dəfə çox və ya 35 milyon manat olub.
Ticarət dövriyyəsi 170 milyon manatdan artıq olub, əvvəlki dövrlə müqayisədə 7 faiz artıb.
Əldə olunan uğurlar, iqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 6,0 milyon manat və ya 25 faiz artaraq 30,0 milyon manat olmuş, xərc hissəsi isə 23,4 milyon manat proqnoza qarşı 19,2 milyon manat və ya 82,2 faiz icra edilib.
Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 5537 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 4210 nəfər işlə təmin olunmuşdur. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb. 74 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmiş, 104 nəfər özünüməşğulluq proqramının təlimlərinə cəlb olunub.
Dövlət Sosial Müdafiə Fondu üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon manat artaraq 67 milyon manata çatıb.
Şəhərdə müxtəlif sosial obyektlərdə məskunlaşan məcburi köçkünlərdən 1850 ailə yeni inşa olunmuş yaşayış binalarına köçürülüb.
Birinci yarımildə “Nizami kinoteatr”ının, Məhkəmə Kompleksinin, “Muğam evi”nin tikintisi, Sumqayıt Bulvarının şimal istiqamətdə 1,0 km uzunluğunda, 30 hektar sahənin genişləndirilməsi işləri davam etdirilib, 5-ci Polis Bölməsinin yeni inzibati binası istifadəyə verilib.
Şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahə¬sində işlər davam etdirilmiş, Sülh, Azərbaycan prospektlərində və Səməd Vurğun küçəsində yeni asfalt örtüyü salınmışdır. Metallurq Yəhya Məmmədov küçəsinin əsaslı təmir işləri başa çatdırılmış, Heydər Əliyev, Ü.Hacıbəyov, N.Nərimanov və M.Hüseynzadə, Niyazi, Mehmandarov, Bakı küçələrində 8 min kv. metr asfalt örtüyü cari təmir edilmişdir. 20 Yanvar və Məzahir Abdullayev küçələrində asfalt örtüyünün əsaslı təmiri üçün hazırlıq işlərinə başlanılıb.
6, 9, 11, 12, 13, 17-ci mikrorayonların, 5, 7-8-12, 9, 14, 29, 30, 34, 36, 42-ci məhəllələrin, Hacı Zeynalabdin qəsəbəsində məhəllədaxili ərazilərə 120 min kv.metrədək asfalt örtüyü döşənmiş, 22 min p/m bardür rənglənib.
Corat qəsəbəsində Hüseyn Arif küçəsində 1500 metr məsafəyə asfalt döşənib.
Hacı Zeynalabdin qəsəbəsində yaşayış binalarında 123 girişə dəmir qapı qoyulmuş, Xətai küçəsində işıqlandırma başa çatdırılmış, qəsəbədə iki nümunəvi məhəllə yaradılmış, Təcili Tibbi Yardım binası və dörd uşaq bağçasında cari təmir işləri aparılmış, Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri yekunlaşdırılıb.
152 yaşayış binasının zirzəmisi məişət tullantılarından və çirkab sulardan təmizlənib.
1, 2, 4, 5, 6, 8, 13, 18-ci mikrorayonlarda, 41, 42, 45-ci məhəllələrdə və Hacı Zeynalabdin qəsəbəsi ərazisində ümumilikdə 180 yaşayış binasının dam örtüyünün dəyişdirilməsi işləri aparılıb, o cümlədən 115 binada işlər başa çatdırılıb. Yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi intensiv olaraq davam etdirilir.
18, 19-cu məhəllələrin ərazisində 6 binanın fasadının aqlay daşla üzlənməsi, 3, 5, 6, 8, 11, 12-ci mikrorayonlar və 48-ci məhəllə ərazisində 21 binada fasadların təmiri işləri başa çatmışdır.
1, 2, 6, 9, 10, 13, 17-ci mikrorayonlarda, 1, 3, 4, 5, 7-8-12, 14, 19, 26, 45-ci məhəllələrdə yaşayiş binalarının 52 pilləkən qəfəsi təmir edilmiş, 721 kv.metr pəncərə şüşələnmişdir. Məhəllə və mikrorayonların ərazisində 52 ədəd dəmir qapı, 345 oturacaq quraşdırılıb.
1361 yaşayış binasının zirzəmisi, pilləkən qəfəsləri, Nəsimi parkı və Sumqayıt Bulvarı ərazisi dezinfeksiya edilib.
5, 6, 8, 9, 10, 11, 12, 13 və 17-ci mikrorayonların və 5, 9, 14, 30, 34, 36, 41-ci məhəllələrin ərazilərində, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində uşaq şəhərcikləri və idman meydançaları yaradılmış, bu sahədə işlər davam etdirilir.
Ekoloji mühitin daha da sağlamlaşdırılması, yaşıllıq zolaqlarının salınması məqsədi ilə 23 min ağac, 18 min dekorativ, 93 min mövsümi gül və 60 min ədəd dekorativ kol əkilmiş, 2 min pm yeni suvarma xətti çəkilmişdir. 7600 kv.metr qazon örtüyü döşənmiş, 60 kubmetr münbit torpaq və gübrə verilmişdir. 2420 ədəd quru və təhlükə yaradan ağac kəsilmiş, 1780 ədəd ağac budanıb.
Ayrı-ayrı ərazilərdə 6 ədəd zibilxana tikilmiş, məişət tullantılarının daşınması üçün 344 ədəd konteyner təmir edilmişdir. 250 min kubmetrədək məişət tullantısı daşınıb.
Sumqayıt şəhərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilmişdir.
Şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib. Sülh küçəsində 273 mm-lik qaz kəməri 1156,2 p/m uzunluğunda yeni 315 mm-lik qaz kəməri ilə əvəzlənib. Bununla yanaşı, 21-ci mikrorayonda, 20, 49, 52, 76-cı məhəllələrdə, Xəzər, Saray, Novxanı bağları, İnşaatçılar, Qurddərəsi yaşayış massivlərində, Hacı Zeynalabdin qəsəbəsində, Sumqayıtçay ərazisində 20 min p/m müxtəlif diametrli yeni qaz xətti çəkilib. Yeni Sumqayıt yaşayış massivinin qazlaşdırılması üçün layihə smeta sənədləri hazırlanır.
Əhalinin su ilə təminatı sahəsində də müəyyən işlər görülüb. Belə ki, 118 binanın zirzəmisində 360 p/m su xətti, 42 binanın zirzəmisində isə 730 p/m kanalizasiya xətti, 245 p/m məhəllədaxili və küçə kanlizasiya xətti təmir olunub və dəyişdirilib. Acı dərə kanalının məişət tullantılarından təmizlənməsi işləri aparılıb.
Şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası¬nın möhkəmləndirilməsi daim nəzarətdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən istismar müddətini ötmüş 62 ədəd liftin yenisi ilə əvəz olunması işləri başa çatdırılıb.
Ölkə rəhbərinin tapşırığı və yaxından köməyi sayəsində 29 yaşayış binasında
74 liftdən 22-nin əsaslı təmiri işləri yekunlaşdırılmışdır. Bu sahədə işlər davam etdirilir. Bundan əlavə daxili imkanlar hesabına 12 liftdə əsaslı, 16 liftdə cari təmir işləri görülmüşdür. 120 lift onlayn rejimdə işləyən “Mərkəzləşdirilmiş Dispetçer Xidməti” intellektual idarəetmə sisteminə qoşulmuşdur. Bununla da bu sistemin əhatə etdiyi liftlərin sayı 205-ə çatdırılıb. Daha 200 ədəd liftin bu sistemə qoşulması üçün tələb olunan avadanlıqlar sifariş edilib. Bütün liftlərin intellektual idarəetmə sisteminə qoşulmasının cari ilin noyabr ayına qədər başa çatdırılması nəzərdə tutulub.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə Stansiya Sumqayıt yaxınlığında inşa edilmiş yaşayış kompleksinin sakinlərinin rahat gediş-gəlişini təmin etmək üçün yeni avtobus marşrut xətti açılmışdır. 55 nömrəli marşruta müasir avtobuslar buraxılıb, qəsəbəarası yollar təmir olunmub. Şəhərdə təlabata uyğun olaraq müasir tipli dayanacaqların quraşdırılması davam etdirilir.
Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırıl¬ma¬sı, maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin yaxşı¬laşdırılması sa¬həsində müəyyən işlər görülüb.
Bütün dövrlərdə uğurlu töhfələri ilə seçilən Sumqayıt təhsil sistemi, bu ilin birinci yarısında da ənənəsinə sadiq qalıb, əvvəlki illərdə əldə olunan nəticələrin daha da yaxşılaşdırılmasına nail olunub.
Eyni zamanda, şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üşün xeyli iş görülmüş, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılmış, istilik sistemi tam bərpa olunmuş, bütün uşaq bağçaları isti su ilə təchiz edilmiş, ərzaq təminatı ciddi nəzarətə götürülmüşdür. Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasının tikintisi həyata keçirilir. Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə bu məktəbin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni binanın tikintisi hazırda yüksək sürətlə davam edir. Bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil müəssisəsinin tikintisi ilə yaxından tanış olub.
Məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən Sumqayıt şəhər 9 nömrəli tam orta məktəb 324 yerlik idi. Məktəb üçün 2008-ci ildə yeni korpus inşa edilib və 624 yerlik olub. Lakin məktəbin əsas binası yararsız vəziyyətdə olduğundan, yerləşmə mövqeyinə görə şagird kontingentinin çoxluğu, eləcə də məktəbin qədim tarixə malik olması yenidən əsaslı şəkildə yeni binanın tikintisinə zəmin yaradırdı. 4 korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
17 və 18 saylı uşaq bağçalarında Şəhər İcra Hakimiyyəti tərəfindən təmir işləri aparılır. Uşaq bağçalarında məskunlaşan məcburi köçkünlərin bir qrupunun yeni yaşayış binalarına köçürülməsi nəticəsində 19 uşaq bağçasında əlavə 40 qrup açılacaqdır. Əlavə olaraq 800-ə yaxın uşağın bağçalara qəbulu təmin olunacaqdır.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri işlərinə başlanılıb, 2 nömrəli şəhər poliklinikası əsaslı təmir olunub, Narkoloji Dispanserin əsaslı təmiri işləri davam etdirilib. Ölkə başçısının tapşırığına əsasən 290 min şəhər sakini tibbi müayinəyə cəlb olunmuş, aşkar edilmiş xəstəliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Şəhər icra başçısının tapşırığı ilə əhalinin ucqar yaşayış yerlərində qeydiyyatsız yaşayanları nəzərə alaraq, tibbi müayinə bu günkü günə qədər davam etdirilir.
Mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanıl¬ıb.
İlin birinci yarısında 26 idmаn növü üzrə 199 şəhər birinciliyi, çеmpionаtı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplаnışlаrı kеçirilib. Şəhər idmаnçılаrı respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdа 623 mеdаl əldə еdiblər. Bunlаrdаn 234-ü qızıl, 167-i gümüş, 222-si bürünc mеdаl olub.
Dövlətə, dövlətçiliyə sadiq olan, xalqını sevən Zakir Fərəcov Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını layiqlə yerinə yetirir, dövlət başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün gərəkən bütün tədbirləri görür. İcra başçısı vətəndaşların müraciətlərinə həssas yanaşır, istər vaxtı müəyyənləşdirilmiş qəbullarda, istərsə də yerlərdə keçirdiyi səyyar görüşlərdə insanları dinləyir, onların problemləri ilə tanış olur, çox vaxt şətinlikləri elə yerindəcə həll etmək üçün tapşırıqlar verir, həmçinin, vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır. Zakir müəllimin jurnalistlərlə də münasibəti arzuolunan səviyyədədir, rəhbərlik etdiyi icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir. Qeyd edək ki, bu ilin birinci yarısında şəhər rəhbərliyi tərəfindən məhəllə və mikrorayonlarda vətəndaşların 25 səyyar qəbulu keçirilib.
Sumqayıt Şəhər İcra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir. Şəhər ərazisində məskunlaşmış məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.
Cənab Zakir Fərəcov ŞİH-nin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın təmininə xüsusi diqqət yetirir. Fəaliyyəti əks etdirən sosial-iqtisadi göstəricilər, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilir.
Şəxsən cənab Zakir Fərəcov özü, şəhər rəhbərliyi KİV-lə münasibətə açıqdır. ŞİH başçısı Sumqayıtla, onun vətəndaşlarının müraciətləri ilə bağlı "Korrupsiya və Qanun" qəzetinin səhifələrinə çıxmış bütün məsələlərə həssas yanaşmış, ictimailəşdirdiyimiz problemlərə dərhal reaksiya verərək, çox zaman yerindəcə həllinə nail olmuşdur.
Əminliklə söyləmək olar ki, hazırda milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt çox hörmətli Zakir Fərəcovun düşərli rəhbərliyi altında qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə əhəmiyyətli töhfələr verir.



SUMQAYIT 70 İLLİK YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIR - CƏNAB ZAKİR FƏRƏCOVUN RƏHBƏRLİK ETDIYI ŞƏHƏR AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİNİN DAHA DA ARTIRILMASINDA YAXINDAN İŞTİRAK EDİR

SUMQAYIT 70 İLLİK YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIR - CƏNAB ZAKİR FƏRƏCOVUN RƏHBƏRLİK ETDIYI ŞƏHƏR AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİNİN DAHA DA ARTIRILMASINDA YAXINDAN İŞTİRAK EDİR

SUMQAYIT 70 İLLİK YUBİLEYİNİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ QARŞILAYIR - CƏNAB ZAKİR FƏRƏCOVUN RƏHBƏRLİK ETDIYI ŞƏHƏR AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİNİN DAHA DA ARTIRILMASINDA YAXINDAN İŞTİRAK EDİR



Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
generic viagra 23 avqust 2019 11:58
  Жалоба     
buy viagra online
viagra
buy sildenafil online

http://www.genericviagrakart.com/generic-viagra.aspx
generic viagra 150mg

http://www.genericviagrakart.com/sildenafil-citrate.aspx
sildenafil citrate http://www.genericviagrakart.com/
online dating free 21 yanvar 2021 00:10
  Жалоба     
dating sites,free online dating websites
dating site,dating sites free http://freedatingste.com/
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO