Azərbaycan İdeyası

Azərbaycanın istedadlı rəqqasları Red Bull Dance Your Style yarışmasına hazırdırlar - FOTO

Tarix:22-08-2019, 14:54
Baxış Sayı:138



Rəqs insan həyatında həmişə mövcud olub. Əsrlər boyu onun köməyi ilə insanlar öz hiss, duyğu və emosiyalarını ifadə edib. Lakin dünya daim dəyişir və bu gün bir çox insan müasir, tamamilə fərqli bir həyat fəlsəfəsinə sahibdir. Olduqca mürəkkəb və zəngin daxili aləmi başqalarına necə çatdırmalı? Müasir mədəniyyət bu suala əla bir cavab tapdı: küçə rəqsləri vasitəsilə! Keçən əsrin 70-ci illərində ABŞ-da yaranan bu mədəniyyət yüksək sürətlə tez bir zamanda bütün dünyaya yayıldı, professional kateqoriyasına çevrildi və bütün dünyanın rəqs klublarında özünə fəxri yer qazandı.
Bu baxımdan Azərbaycan da istisna deyil. Bildiyin kimi, tezliklə, avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında olduqca maraqlı və əyləncəli Red Bull Dance Your Style adlı tədbir keçiriləcək. Bu küçə rəqslərinin müxtəlif üslublarını özündə birləşdirən bir müsabiqədir. Yarış meydançasında küçə üslubunun ən bacarıqlı rəqqasları çıxış edib, öz məharətlərini nümayiş etdirəcək. Yarışda iştirak etmək üçün qeydiyyatdan keçənlərin arasından 16 nəfər ən yaxşı rəqqas artıq seçilib. Bu istedadlı gənclərdən hər biri çox maraqlı və unikal bir şəxsdir. Bu məqalədə biz onlardan bir neçəsi haqqında söhbət açmaq istəyirik. Əminik ki, onların maraqlı hekayələri Səni də laqeyd qoymayacaq. Axı biz öz istedadlı cavanlarımızı tanımalı, onlara mümkün qədər dəstək olmalıyıq!
Haqqında danışmaq istədiyimiz gənc istedadlardan biri Ildırım Mirməmmədov, Molnia ləqəbini daşıyan 25 yaşlı cavan rəqqasdır. Adi Azərbaycan ailəsində dünyaya göz açmış bu oğlan, yəqin ki, hər bir uşaq kimi, ailəsinin onunla fəxr etməyini uşaqlığından arzulamışdı. Kiçik yaşından rəqsə meyilli olsa belə, o, həyatının 12 ilini cüdo idman növünə həsr etdi. Bunun səbəbi atasının cüdonun əsl kişi idman növü olması haqqında əminliyi olub. Oğlanın rəqsə maraq göstərməsini isə ailədə heç kəs ciddi qəbul etməyib. Lakin 18 yaşına çatdıqda Molnia həyatını dəyişmək haqqında qərarını özü verdi. Və bu addım atdığına heç də peşman olmadı! 2012-2015 illər ərzində Molnia öz rəqs komandası ilə birlikdə bir neçə ölkədə uğur qazanıb, hətta 2013-cü ildə Danimarkada keçirilən Dünya Çempionatında 4-cü yer tutmuşdur. Molnia hərtərəfli istedada malik olan bir gəncdir. Məsələn, o, həm bir aşpaz, həm də bir sıra əl işlərinin müəllifi kimi tanınır. Bir dəfə məşq zamanı səhnədən yıxılıb, ciddi zədə alıb, 12 saatlıq əməliyyatı keçirməyinə baxmayaraq, Molnia rəqsi və idmanı hələ də ürəkdən sevir və Gimnastika üzrə Federasiyada milli məşqçi kimi fəaliyyətini uğurla davam edir. İnanırıq ki, bizim yarışmamız zamanı o, rəqiblər və pərəstişkarlarını bir daha sevindirəcək!
Red Bull Dance Your Style yarışmasının daha bir iştirakçısı ləqəbi Crazybeat olan bir Hip-hop rəqqası Hüseyn Məhərrəmovdur. "Mən uşaqlıqdan rəqs etməyimlə qarşımda heç bir müəyyən məqsəd qoymamışam, sadəcə həmişə qəlbimin çağırışına qulaq asmışam. Musiqi məni özünlə aparır, mən bunu çox sevirəm və hesab edirəm ki, zirvələri məhz bu yolla fəth etmək lazımdır!" - Crazybeat belə deyir.
Erkən uşaqlıqdan rəsm çəkməyi sevən Hüseyn həmişə memar və ya dizayner olmağı arzu edib və hazırda Azərbaycan Dövlət Mədəyiyyət və İncəsənət universitetində dərs alır. O, həmçinin, idman haqqında da unutmur: dərslərə görə peşəkar şəkildə futbolla məşğul olmağa imkanı olmadığı səbəbdən hazırda basketbolla məşğuldur. Rəqslə məşğul olduğu müddəti ərzində Crazybeat Bakıda keçirilən bütün tədbirlərdə fəal iştirak edib. Məsələn, bir Hip-hop üzrə çempionatında öz rəqibi ilə birlikdə cəmi 2 saat ərzində yeni və tamamilə sinxron olan hərəkətləri düşünüb tapdı və nəticədə tez-tez 1-ci yerləri tutan iştirakçılara qalib gəldi. Onun çıxışını səbirsizliklə gözləyirik!
Növbəti iştirakçımız Vəlizadə Hacıağadır (ləqəbi: Gaijin). Bit boksla ciddi məşğul olan 21 yaşlı rəqqas 2016-cı ildə "Şahdağ" dağ-xizək kurortunda keçirilən Qraffiti Festivalında öz istedadı və məharəti ilə hamını heyran etmişdi. Özünün danışdığına görə, çıxışından sonra bir neçə tanınmış rəqqas ona birlikdə məşq etməyi və rəqs ilə ciddi məşğul olmağını təklif etmişdi. O vaxt təcrübəsiz və bir qədər utancaq olan cavan oğlan bütün bunları heç gözləmirdi və küçə rəqslərinin peşəkarları tərəfindən belə diqqətə hazır deyildi. Gaijinin gözlərində parlayan alovu, musiqiyə olan güclü sevgisini görən rəqqaslar onu Hip-hopla ciddi şəkildə məşq etməyə cəlb etdi və o, bir müddət sonra bu işdə uğur qazandı. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olan. Öz istirahət saatlarını Gaiji dostarı ilə birlikdə açıq havada görüşüb, ünsiyyət qurmağına həsr edir. Görəsən, bizim tədbir üçün o, nə hazırlayıb?
Tanış ol: növbəti iştirakçı Zico Firestar. Hip-hop New Style üslubunda rəqs edən bu gəncin öz sözlərinə görə, o, rəqs etməyi öz-özünə öyrənib. 12 il ərzində Rusiyada yaşamış Zico 2008-ci ildə təsadüfən rəqs haqqında bir filmi izlədi və bundan sonra onun həyatı dəyişdi. Ali iqtisadi təhsilli 24 yaşlı bu öz-özünə yetişmiş bir istedad heç vaxt öz ixtisası üzrə işləməyib, rəqs həmişə onun sənəti və həyatı olub. Sonralar Bakıya köçmüş Zico Firestar müxtəlif yarışmalarda Hip-hop və All Styles üslublarında qalib gəlmişdir. Bu 9 qat çempionun sevimli məşq yeri açıq havadır. Bakıda o, İçərişəhər, Port Baku və Ağ Şəhərdə gəzməyi sevir və tez-tez Avropaya uçub, beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqli təmsil edir. Bu yarışmada da Zico Firestarın perfomansı, digər çıxışları kimi, unudulmaz olacaq!
Gördüyün kimi, Red Bull Dance Your Style yarışmasının iştirakçıları olduqca fərqlidir. Hərəsinin məhz özünə məxsus maraqlı uğur hekayəsi var. Lakin onları birləşdirən vacib bir məqam mövcuddur: küçə rəqsi və musiqiyə olan böyük həvəs. Axı bu kimi "batlle"-ların əsas məqsədi əsl dostluq, əyləncə və rəqs bayramının atmosferini yaratmaqdadır. Yarışmanın bütün iştirakçıların müxtəlif küçə üslublu rəqslərinin nümayişini canlı şəkildə seyr edən hər kəs buna əmin ola bilər. Odur ki, iştirakçılarımıza uğur arzu edək!
25 avqust tarixində Heydər Əliyev Mərkəzinin parkında Red Bull Dance Your Style-da görüşənədək! [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb