Azərbaycan İdeyası

“Təxəllüs götürən məşhurlar qeyrətli oğullardan icazə almalıdır”

Tarix:3-09-2019, 13:07
Baxış Sayı:168


Şairə Nazilə Səfərli yaşadıqları ərazinin adını özünə təxəllüs götürən şou-biznes və mədəniyyət nümayəndələrini tənqid edib.

O, sosial media hesabında bəzi şəxsləri təxəllüslərini daşıdıqları ərazinin adına uyğun hərəkətlər etmədiklərini yazıb:

“Bu, mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil.

Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər, kənd, mahal və.s) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir.

Ümumiyyətlə, təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır. Özünü doğrultmadığı halda el birliyi ilə bu təxəllüs o kəsdən geri alınmalıdır. Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb, “tuman-paça” video paylaşa bilməzsən, ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən!

İstər qadın, istər kişi əlinə saz alıb saunada, hovuzda sərxoş kişilərə saz çala bilməzsən, ay aşıq!

Əlinə tar-kaman alıb, hamam qonaqlığında göbəyinə fitə bağlayıb, otura bilməzsən, ay tarzən, ay xanəndə ! Adını şair, yazar qoyub papaq kimi başdan-başa qona bilməzsən, adını jurnalist qoyub, dilənçiliklə, şantajla pul qazana bilməzsən!

İstədiyini geyinə, ağlına gələn vaxt soyuna bilməzsən! Heç nimdaş da gəzə bilməzsən! Pul çox ayıbları müvəqqəti örtür, amma ləkəsini el götürür. Nədir elin günahı?!

Sərbəst olmaq istəyirsənsə, təxəllüsün “quş”, “sərxoş”, “eyş olsun, amma “el” olmasın! Eldən ayıbdır, elə yazıqdır! Səndən öncə bu yurda daş qoyub, ev yapan kişilər sənin təxəllüsünə görə utanmamalıdır”.

Əməkdar artist Gülbahar Şükürlü isə onun sözləri ilə razı olduğunu bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO