Azərbaycan İdeyası

Fədayənin həbsxanada gördüyü yuxu gerçək oldu — Doğmasını itirdi

Tarix:7-11-2019, 15:33
Baxış Sayı:112


2 il ərzində həbsxanada ən çox yuxuna kim girirdi?
Korrupsiya-q.az milli.az-a istinadən xəbər verir ki, bu sualla aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də azadlığa buraxıldıqdan sonra ilk efiri olan Fədayə Laçına müraciət edib.
Fədayə Laçın həbsxanada ən çox gördüyü yuxuları efirdə dilə gətirib:
"Təzə həbs olunanda ailəm tez-tez yuxuma girirdi. Həmişə də görürdüm nə isə olub - anam xəstələnib, anamın üstünə həkimlər gəlib və yaxud Əlhəmə nəsə olub. Tez xahiş edirdim telefona məni çıxardırdılar. Əlaqə saxlayırdım, deyirdilər ki, hər şey yaxşıdır, salamatçılıqdır. Amma dəfələrlə də olub ki, mən yuxuda görmüşəm, telefona çıxanda məndən gizlədirdilər. Bir neçə gün sonra əlaqə saxlayanda İlahə mənə deyirdi ki, sən necə də hiss edirsən. Məsələn, anam xəstələnmişdi. O yerə çatmışdı ki, üstünə təcili yardım gəlmişdi. Həttta mənim xalam da rəhmətə gedəndə mən Eldənizi (xalası oğlu) yuxuda gördüm. Heç vaxt xalam oğlu Eldəniz mənim yuxuma gəlməyib amma. Dedim Allah xeyir eləsin. Telefona çıxdım demədilər mənə. Sonra mənim yanıma gələndə İlahə o biri bacılarıma dedi ki, "Niyə gizlədək e. Fədayə, xalam rəhmətə gedib". Dedim, gördünüz, mən sizə dedim "Eldənizi yuxuda görmüşəm. Xalam nətəridir?" Belə olurdu yuxularım".
Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb