Azərbaycan İdeyası

HƏYAT davam edir...

Tarix:29-12-2019, 18:13
Baxış Sayı:1 000

HƏYAT davam edir...

Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 6-da Azərbaycan Respublikasının televiziya və radio işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif ediliblər. Onların arasında Milli Televiziya və Radio Şurasının əməkdaşları Cavadov Nemət Rövşən oğlu və
Şamıyeva Həyat Rəhman qızı da vardır.
Ümumiyyətlə, son aylar Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair və yazıçı Həyat Şəminin uğurlarının gəlhagəlidir desək, yanılmarıq. Belə ki, 21 sentyabr 2019-cu il tarixində “AZƏRKITAB” Kitab Mərkəzində onun "Azərbaycanda dini - siyasi hərəkatlar: VIII-XI əsrlər" adlı monoqrafiyasının, tərcüməçisi olduğu "Payız yağmurları" və "Sən əlimdən tutanda" şeir kitablarının"təqdimatı keçirilib. Tədbirdə iştirak edən ədəbi ictimaiyyətin nümayəndələri Həyat Şəminin yaradıcılığı, xüsusilə yeni çapdan çıxmış kitabı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, Həyat Şəminin şeirləri geniş oxucu ictimaiyyəti tərəfindən sevilir. 18.10.2019-cu il tarixində isə Azərbaycanın Dövlət Müstəqilliyi günündə Hilton oteldə düzənlənən X The First Beynəlxalq Mükafatlarının möhtəşəm təqdimat gecəsi keçirildi. Həyat Şəminin də layiq görüldüyü mükafatı alanlar sırasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, dünya söhrətli yazıçı Çingiz Abdullayev də olmuşlar.
Şair Həyat Şəminin indiyə qədər dövri mətbuatda çoxlu şeirləri, şeir kitabları və publisistik məqalələri çap olunub və o, məhsuldar müəllif kimi ədəbiyyatsevərlərə özünü tanıdıb. Ümumiyyətlə, şair düşüncəsində romantik məqamlar var ki, insanı bir anlığa real dünyadan ayırır və onu xəyal aləminə aparır. Bu xəyal aləmində şair öz dünyasını tapır. Həyat Şəminin şeirlərində şairin şəxsi obrazı, özünün təfəkkür və təsəvvür aləmi aydın görünür. Yəni, o öz hisslərini, duyğularını gerçək təsvirlə qələmə almağı bacarır, sözlə özünü ifadə edir və eyni zamanda, iç dünyasında yaşadıqlarını çəkinmədən, gizlətmədən, bir qədər də ərklə və inamla oxucularına çatdırır. Şeirlərinin hamısı səmimi şeirlərdir. Burada uydurma, süni bər-bəzək yoxdur. O, öz şeirlərində ürəyindən keçəni, yaşadığı həyatın görünməyən tərəflərini şair düşüncəsi ilə, kövrək hissləri ilə dərk edir və bunları geniş fəlsəfi yolla çatdırmağı bacarır. Başqa bir çox şairlərdə olduğu kimi, Həyat Şəminin də yaradıcılığında sevgi şeirləri daha çox yer tutur. Səmimi hisslərlə yazılan belə sevgi şeirləri oxucunu daha tez cəlb edir. Bu şeirlərdə insanı başqalarından fərqləndirən ən həssas duyğular üzə çıxır.
Həyat Şəminin şeirləri çox təmiz duyğuların, kövrək hisslərin ifadələridir. İnsanı öz aləminə aparan, ona şirin duyğular aşılayan şeirlərdir. Oxuduqca adam çox təmiz hisslər yaşayır və saf bir ürəyin etiraflarını görür. O, yalnız etiraf etmir, həm də özünu təsdiq edir. Şair bu sevgiləri, özünün insanla, həyatla, cəmiyyətlə münasibətini qələmə alır. Hiss olunur ki, Həyat Şəmi həyata münasibətdə olduğu kimi, sözə münasibətdə də səmimidir, özünü aldatmır, süni bənzətmələrə yol vermir, parıltılı şeir yazmır, dəb xatirinə söz qoşmur. Həyat Şəmi özü səmimi və həlim olduğu kimi, qələmə aldığı əsərlərdə də səmimilik, həlimlik duyulur. Onun yazdığı şeirlər soyuq ürəkləri isidir, qəmli könüllərə sevinc bəxş edir. Yazıb-yaratdığı poeziya nümunələrindəki misralar ürəyə, qəlbə o qədər yaxındır ki, hər gün bu şeirlərlə baş-başa qalmaq istəyirsən. Kövrək ürəkli şairin qələmindən ağappaq varaqlara düzülən misralar həsrətli könüllərə rahatlıq, narahat ürəklərə sakitlik gətirir.
Nə yaxşı ki, bu gün şeir dünyasında, söz aləmində Həyat Şəmi kimi qələm əhli, istedadlı şair var. O, sözün həqiqi mənasında, böyük sevgiyə, hörmətə layiqdir.
MTRŞ Ekspertiza, proqramlaşdırma və analitik şöbənin baş məsləhətçisi vəzifəsində işləyən Həyat xanım bu fikirdədir ki, televiziya milli-mənəvi, milli-mədəni dəyərlərə nə qədər çox söykənərsə, bir o qədər də öz auditoriyasını həmin ruhda kökləyə bilər. Kütləvi informasiya vasitələri, o cümlədən televiziya milli-mənəvi dəyərləri elmi-fəlsəfi dillə deyil, elmi-kütləvi, publisistik dillə, bədii obrazlar vasitəsilə, mədəniyyətin, incəsənətin, ədəbiyyatın bütün mümkün üsul və vasitələrindən istifadə etməklə kütləyə çatdırmalıdır. Televiziyanın daxili potensialı, yaradıcı gücü, işlək qüvvəsi, jurnalist bazası daha çox milli-mənəvi dəyərlər kontekstində yüklənməlidir. İctimai həyatımıza televiziyadan daxil olan yad elementlərdən qorunmaq üçün bu gün izləyici auditoriyasında milli özünümüdafiə instinkti olmalıdır, əks təqdirdə sosial instinkt televiziyanın axınına düşərək formalaşacaq.


Xuraman Əhlimanqızı

Adını sən qoy
***
Ozan çalsın havamızı,
adını sən qoy...
Uçurduğun yuvamızın
adını sən qoy...

Hər gün bir az darıxmağın,
durub özümdən çıxmağın,
gözdən ürəyə axmağın
adını sən qoy.

Baxır hey arxanca gözüm,
gözümdə mirvari düzüm,
doğulmayan körpəmizin
adını sən qoy.

Bu qədərmiş... bitdi oyun,
boğazımda sevgim düyün...
ürəyinə öz sevdiyin
qadını sən qoy.
adını sən qoy: .....

Həyat Şəmi


HƏYAT davam edir...
HƏYAT davam edir...
HƏYAT davam edir...
HƏYAT davam edir...
HƏYAT davam edir...
HƏYAT davam edir...
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO