Главная > Mədəniyyət > Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb

Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb


4-02-2021, 15:25. Разместил: Xuraman Quliyeva


Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat APA-ya AMEA-dan verilib. Qeyd olunub ki, muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.
Вернуться назад