Главная > Mədəniyyət > Elməddinin acı həyatı aparıcını GÖZ YAŞINA BOĞDU – VİDEO

Elməddinin acı həyatı aparıcını GÖZ YAŞINA BOĞDU – VİDEO


26-11-2018, 17:05. Разместил: Xuraman Quliyeva

 Elməddinin acı həyatı aparıcını GÖZ YAŞINA BOĞDU – VİDEO


Korrupsiya-q.az xəbər verir ki, ARB TV-nin “Boş anlar” verilişinin növbəti qonağı aktyor Elməddin Cəfərov olub.
Aktyor, tələbəlik illərində yaşadığı çətin günlərindən bəhs edib:
“1-ci kurda universitetdə ən imkanlı uşaqlardan biri idim. Atamın imkanı yaxşı idi. O vaxt kaşmir paltolar dəbdəydi və çox baha idi. Bəlkə də universitetdə rektor və tələbə olaraq mən geyinirdim belə şeyləri. 1-ci və 4-cü kurslar arasında uçurumlar yaşadım. 4-cü kursda “şəpit” satırdım. Satmağa məcbur idim, çünki evin kişisi mən idim. Çox az qazancım var idi.
vtobusla getməməli və yemək yeməməli idim. Onun dərdindən piyada gedib-gəlirdim. Amma ac da qalmırdım. Evdən pomidor, biraz çörək və su aparırdım. Suda problem yaşayırdım. Çünki yayda su o qədər qaynar olurdu ki, içiləsi olmurdu, amma birtəhər içirdim. Hamı sərin su içəndə baxırdım ki, ay Allah sərin su… Ən adi bir şey idi, amma o belə əlçatmaz idi. Mənə üstdən aşağı baxırdılar. Deyirdilər ki, “Nə oldu? İmkanlı idiz bəs, indi gəlib “şəpit” satırsan. Mən də hər zaman deyirdim ki, gün gələcək normal bir yerdə olacam və mənimlə fəxr edəcəksiz. Gülürdülər… Deyirdilər hə yaxşı “şəpit”ini sat”.




Вернуться назад