Главная > Mədəniyyət > Həsən bəy Zərdabini UNUTMADIQ!

Həsən bəy Zərdabini UNUTMADIQ!


28-11-2018, 12:11. Разместил: Xuraman Quliyeva


 Həsən bəy Zərdabini UNUTMADIQ!

Unutmayaq, unutdurmayaq!
28 noyabr (1837-1907) Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) qısası şərəf dolu bir ömr sürmüş Həsən bəy Zərdabinin vəfat etdiyi gündür.

Allah rəhmət eləsin.
Вернуться назад