Главная > Mədəniyyət > Müəllimlərin qurultayı başladı

Müəllimlərin qurultayı başladı


28-11-2018, 16:34. Разместил: Xuraman Quliyeva

 Müəllimlərin qurultayı başladı

Azərbaycan müəllimlərinin XV qurultayı başlayıb. "Qafqazinfo" xəbər verir ki, qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edir.
Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə dəvət edilib.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib.Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.

***

Qurultayda Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edir.
Tədbirdə prezident İlham Əliyevin təbrik məktubu oxunub.

















Вернуться назад