Главная > Mədəniyyət > Mənim yaralarımı qopartmayın” - Efirdə ağladı

Mənim yaralarımı qopartmayın” - Efirdə ağladı


28-11-2018, 16:40. Разместил: Xuraman Quliyeva

  Mənim yaralarımı qopartmayın” - Efirdə ağladı

“Mənim yaralarımı qopartmayın”
Əməkdar artisti Mətanət İsgəndərli canlı efirdə kövrək anlar yaşayıb. “Qafqazinfo” xəbər verir ki, müğənni “Şou ATV” proqramına qatılarkən həyatda üzləşdiyi çətinliklərdən danışıb.
O, övladlarını tək böyütdüyünü ağlayaraq dilə gətirib: “Onların həm anası, həm də atası olmuşam. Övladlarımdan doymamışam, körpə vaxtlarından onları valideynlərimin yanında qoymuşam, çörək qazanmağa getmişəm. Hərdən birini müzakirə edəndə qızıma deyirəm ki, işin olmasın, atasız uşaqdır. Ülkər deyir ki, sənin hamıya yazığın gəlir, ana, biz də yetim böyümüşük. Onun sözlərinə çox pis oldum. Heç vaxt belə sözlər işlətməmişdi (ağlayır). Nəysə... Mənim yaralarımı qopartmayın”.


Вернуться назад