Главная > Mədəniyyət / Hadisə > Tanınmış jurnlist dünyasını dəyişdi - FOTO

Tanınmış jurnlist dünyasını dəyişdi - FOTO


29-11-2018, 13:41. Разместил: Xuraman Quliyeva


 Tanınmış jurnlist dünyasını dəyişdi - FOTO

Tanınmış jurnalist Rafiq Salmanov dünyasını dəyişib.
Bildirilib ki, Azərbaycan fotojurnalistikasının tanınmış nümayəndəsi R.Salmanov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Qeyd edək ki, R.Salmanov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və “Qızıl qələm” mükafatları laureatıdır. O, “Azərbaycan pioneri”, “Vışka”, “Xalq qəzeti” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir işləyib.
Ölkənin tanınmış fotomüxbirlərindən olan R.Salmanov həm də musiqiçi və bu sahəyə aid 4 kitabın müəllifi idi.
Allah rəhmət eləsin!(a24.az)


Вернуться назад