Главная > Mədəniyyət > Xalq artisti aparıcıları “topa tutdu”: “Mənə səlahiyyət versələr onları bir gündə məhv edərəm...”

Xalq artisti aparıcıları “topa tutdu”: “Mənə səlahiyyət versələr onları bir gündə məhv edərəm...”


10-01-2019, 16:25. Разместил: Xuraman Quliyeva

  Xalq artisti aparıcıları “topa tutdu”: “Mənə səlahiyyət versələr onları bir gündə məhv edərəm...”


“Yaxşı iş görənin Allah işini avand eləsin, amma onların kölgəsində bu cür murdarlıqları eləyənlər çox ciddi surətdə cəzalandırılmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov son zamanlar bir neçə prodüserin qadın alverinə görə, həbs edilməsinə münasibət bildirərkən deyib. Xalq artisti bildirib ki, dövlət strukturları onlara nəzarət etməlidir:
“Atalar deyir ki, ölünü özbaşına qoysan, kəfəni cırar. Həmişə deyirəm ki, özəl struktur iki istiqamətə bölünür: Birinci odur ki, insanlar öz zəhməti ilə əkinlə-biçinlə məşğul olub ailəsini dolandırır. İkincisi adını şou qoyub özəl prodakşnlar, studiyalar yaradanlardır və bunlar da çox ciddi şəkildə dövlət nəzarətinə götürülməlidir. Artıq bunların məsuliyyətsizliyi, özbaşınalığı son həddə çatıb. Onların gördüyü işlər birbaşa tariximizə, xalqımızın əxlaqına, mənəviyyatına xələl gətirir. Biz artıq təhlükə içində yaşayırıq. O gün biri zəng vurub danışır ki, bir prodüser deyir kişi obrazlarını yaradanda buna heç kim baxmır, amma elə ki, onlara qadın paltarı geyindiririk, onda buna maraq artır. İnsanların adından bu alveri edən adam məsuliyyətə cəlb olunmalıdır”.
Xalq artisti bəzi aparıcılarımızın efirə uyğun olmayan tərzdə geyindiklərini bildirib:
“Reytinq xatirinə 4-5 nəfər əxlaqı, mənəviyyatı ilə, milli ideologiyamıza, dövlətçiliyimizə ziyan vurursa, bəs dövlət strukturları niyə bununla məşğul olmur. Yaxşı iş görənin Allah işini avand eləsin, amma onların kölgəsində bu cür murdarlıqları eləyənlər çox ciddi surətdə cəzalandırılmalıdır. Bəzi aparıcılarımız var ki, televiziyalarımızda, radiolarımızda, konsert proqramlarımızda sənətdən çox ancaq özlərini reklam etməklə məşğuldurlar. Açıq-saçıq geyinirlər. Başa düşə bilmirəm ki, bunlar özlərini reklam edirlər, yoxsa veriliş aparırlar. Mənə səlahiyyət versələr onları bir gündə məhv edərəm. Getsinlər elmlə, mədəniyyətlə məşğul olsular. Şəxsi işlərini başqa yerlərdə reklam etsinlər. İnanıram ki, bu cür adamlar gec-tez öz cəzalarını alacaqlar”.



Вернуться назад