Azərbaycan İdeyası

Azərbaycanda `donuz qripi`ndən ölən var? - ŞOK İDDİA

Tarix:3-02-2016, 12:28
Baxış Sayı:378

http://azvision.az/photos/deefee2fc483a378c2041c3f5a550b36.jpg




Son günlər Azərbaycanda bir neçə nəfərin “donuz qripi”ndən ölməsi ilə bağlı ilginc iddialar yayılıb. İctimaiyyət arasında yayılan şayiələrə görə, ölüm faktları mətbuatdan gizli saxlanılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “donuz qripi”ndən ölüm faktının qeydə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
“Mütəmadi müayinələr aparıldığından və qabaqlayıcı tədbirlər görüldüyündən Azərbaycanda H1N1 virusuna yoluxma halı aşkar olunmayıb”.
Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova yanvar ayından bu günədək kəskin resperator simptomlu xəstələrdən 360 nümunə daxil olduğunu bildirib.
Onun sözlərinə görə, müraciət edənlər “donuz qripi”nə qarşı müayinə olunublar: “Hazırda qabaqlayıcı tədbirlər bütün ölkə üzrə aparılır. Məlumdur ki, Səhiyyə Nazirliyinin bununla bağlı iki əmri olub: “donuz qripi”nə qarşı profilaktik tədbirlərin görülməsi, eləcədə əlavə tədbirlər haqqında. Ona görə də Azərbaycanda “donuz qripi”nin yayılması ilə bağlı yayılan məlumatlar şayiədir. Müayinələrlə biz məşğul oluruq. Qabaqlayıcı tədbirlər görülür, dezinfeksiya işləri aparılır. Əgər belə fakt olsa, biz bunu gizlətməyəcəyik”.
Şöbə müdirinin sözlərinə görə, heç kim “donuz qripi”ndən sığortalanmayıb.
Qeyd edək ki, “donuz qripi” ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Mütəmadi olaraq məktəblər, bağçalar dezinfeksiya edilir. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb