Azərbaycan İdeyası

Tibb Universitetində nadir əməliyyat

Tarix:5-02-2016, 13:38
Baxış Sayı:391

Tibb Universitetində nadir əməliyyat



Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub.
"Korrupsiya və Qanun" saytının bildiir ki, Universitetin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib. Koronar arteriya anomaliyası xəstəliyinə nadir hallarda rast gəlinir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər. Seymur Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir:
“Bu xanım bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu. Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərlik əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapa bilərsən”.
Kardiocərrah bildirir ki, Klinikaya müraciət edən xəstə artıq 36 yaşında olub. Onun əməliyyat olunması qərarı verilib: “Həm ürək qapağının işini təmin etdik, həm də anomaliya olan hissəni rekonstruksiya etdik. Əməliyyat doktor Mirəli Məcidovun iştirakı ilə keçirildi və 3 saat davam etdi”.
S.Musayev bildirir ki, artıq bundan sonra xəstənin həyatına hər hansı bir risk yoxdur. 3-4 gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb