Azərbaycan İdeyası

Azərbaycandakı bütün məzarlıqlar eyni olacaq 06 Fevral, 2015 13:35

Tarix:6-02-2015, 13:46
Baxış Sayı:0

Bundan sonra Azərbaycandakı bütün məzarlıqlar eyni olacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Artıq məsələ ilə bağlı qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu, ya qanun, ya da qərar kimi veriləcək", - o bildirib.
Komitə sədri əlavə edib ki, bu məsələdə əsas amil islami dəyərlərin qorunmasıdır: "Qaldı ki, özəl qəbiristanlıqlar, bunu hansısa şirkət və ya qurum yer götürəcək və orada həmin qaydalara uyğun həyata keçiriləcək. Qəbiristanlığı mühafizə etmək, abadlaşdırmaq, qəbirlərin yerləşdirilməsilə bağlı məsələlər isə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq".
O, həmçinin qeyd edib ki, qəbir yerlərinin pulla verilməsi məsələləri yoxdur və olmayacaq: "Qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər".

OXŞAR XƏBƏRLƏR
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında