Azərbaycan İdeyası

Bərdə keçirilən forumda 57 sahibkara 695 min manat güzəştli kre​dit verilib 06 Fevral, 2015 15:11

Tarix:6-02-2015, 15:17
Baxış Sayı:0

İlin əvvəlindən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 288 sahibkara 5,3 mln. manat həcmində güzəştli kredit verib. “Report” məlumat verir ki, bunu Fondunun icraçı direktoru Şirzad Abdullayev fevralın 6-da Bərdənin Zümürxan kəndində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda deyib.
Ş.Abdullayevin sözlərinə görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatları, pendir, üzlük daş və corab istehsalı müəssisələri, "yaşıl market" və fermer mağazalarının yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilib.
Əlavə olunub ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 409,1 mln. manat, o cümlədən Bərdə rayonundan olan 1 994 sahibkara 60 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına Bərdədə 4 200-dən çox yeni iş yeri yaradılıb.
Ş.Abdullayev bildirib ki, ötən illər ərzində 23 550 başlıq 20 cins heyvandarlıq kompleksi, illik emal gücü 200 min ton olan 8 süd, illik emal gücü 13,2 min ton ət və 68,2 min ton ət kəsimi olan 7 istehsal və emal müəssisəsinə 128 mln. manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan 57 sahibkara 694,5 min manat güzəştli kredit verilib. Həyata keçiriləcək layihələr 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edək ki, forum çərçivəsində dövlətin güzəştli krediti ayrılan Bərdə Aqrar-Sənaye Kompleksində aparılan son tamamlama işlərinə və rayonun Türkmən kəndində 500 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı